"Ölkəmiz sözün əsl mənasında qüdrətli, güclü ölkəyə çevrilib" ÖZƏL-MÜNASİBƏT

"Ölkəmiz sözün əsl mənasında qüdrətli, güclü ölkəyə çevrilib" ÖZƏL-MÜNASİBƏT

“Son dövrlərdə həyata keçirilən kompleks, sistemli və dərin sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu ildən-ilə yüksəlmiş, ölkəmiz sözün əsl mənasında qüdrətli, güclü ölkəyə çevrilib”. Bunu SİA-ya millət vəkili Şəmsəddin Hacıyev deyib.

“Çoxlu sayda nüfuzlu beynəlxalq reytinqlərdə olduğu kimi, bu günlərdə Amerikanın “U. S. News & World Report” jurnalında dərc olunmuş 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısında da Azərbaycanın yüksək mövqedə - 80 ölkə arasında 45-ci yerdə qərarlaşması, şübhəsizdir ki, son illərdə ölkəmizdə dayanıqlı və davamlı iqtisadi inkişafın təmin edilməsi, hərbi gücün artırılması, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, beynəlxalq və regional təşkilatlar çərçivəsində fəallığın və təşəbbüskarlığın daha da gücləndirilməsi istiqamətində görülən möhtəşəm işlərin nəticəsi, ölkəmizin regionda lider dövlət olmasının və dünyada söz sahibinə çevrilməsinin növbəti beynəlxalq təsdiqidir. Müqayisə üçün qeyd etmək lazımdır ki, sözügedən siyahıda Azərbaycan bir neçə Avropa ölkəsini – Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub”-deyə, deputat fikrini tamamlayıb.

Qeyd edək ki, Azərbaycan dünyanın ən güclü ölkələrinin reytinqində 45-ci yerdə qərarlaşıb. Bununla da ölkəmiz Portuqaliya, Kolumbiya, Tailand, Argentina, Çexiya, Xorvatiya və digər başqa ölkələri qabaqlayıb. "U.S.News" jurnalında dərc olunan reytinq siyahısında ümumilikdə 80 ölkə yer alıb.

Ən güclü ölkələrin üçlüyünə ABŞ, Rusiya və Çin daxildir. Həmçinin siyahıda Litva, Slovakiya, Sloveniya, Latviya, Estoniya ölkələri var. Siyahı Ümumi Daxili Məhsul, əhalinin sayı, sosial rifah səviyyəsi parametrləri əsasında tərtib olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə