Həbs qorxusu Andranik Koçaryanın kürkünə birə salıb

Andranik Koçaryan Ruben Ayrapetyanın açıqlamasını zarafat adlandırıb. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Andranik Koçaryan bu barədə öz Facebook səhifəsində yazıb.
Məlumatda həmçinin qeyd olunur ki, "Mənim addımım" partiyasının üzvü Andranik Koçaryan Ermənistan Futbol Federasiyasının keçmiş prezidenti Ruben Ayrapetyana cavab verib.
Xatırladaq ki, dünən Satik Seyranyanın mətbuat proqramında Ruben Ayrapetyan elan edib ki, Andranik Koçaryan, on gün əvvəl dostlarından biri vasitəsi ilə ona Nikol Paşinyanın onu həbs edəcəyi səbəbindən Ermənistandan qaçmağı məsləhət bilib. Buna cavab olaraq Andranik Köçəryan Facebook səhifəsində də öz fikirlərini yazıb və Ruben Ayrapetyanın açıqlamasının zarafat olduğunu deyib.
Görünür, həbs qorxusu Andranik Koçaryanın kürkünə birə salıb və Ruben Ayrapetyanın açıqlamasını da bu səbəbdən zarafat adlandırıb. Əslində, Nikol Paşinyanın belə bir addım atmayacağından Andranik Koçaryan əmin də deyil və qorxusu da, Ruben Ayrapetyanın açıqlamasını zarafat adlandırması da başadüşüləndir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...