Paşinyan hakimiyyəti xalqa güc tətbiq etmək fikrindədir - Amulsara görə

Xalqa qarşı güc tətbiq edə bilməyəcəksiniz və Cermuk Çernobıl olmayacaq. SİA Ermənistanın aysor.am saytına istinadən xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasından olan deputat Naira Zohrabyan Facebook səhifəsində yazıb. Deputat Facebook səhifəsində Amulsar mədəninin istismarı mövzusuna toxunub və yazıb ki, xalqa qarşı güc tətbiq edilə bilməz və Cermuk da Çernobıl olmayacaq.
“Bir az əvvəl mənə və Cermukdakı həmkarlarıma məlumat verilib ki, bir neçə gündür ki, müxtəlif güc strukturlarının nümayəndələri Cermuk sakinləri və Amulsarın qarşısını almaq üçün Amulsara yaxınlaşanları qoruyan fəallarla danışıqlar aparılır. Mənimlə əlaqə saxlayan cermuklular, Amulsarın mühasirəsindən keçmək üçün yaxın günlərdə polis qüvvəsinin istifadə olunacağından narahat olublar. İnanıram ki, hüquqlarını qoruyan vətəndaşlara qarşı güc tətbiq etməyə çalışanlar bunun bütün mümkün zərərli nəticələrini aydın şəkildə bilirlər. Cermuka və ətrafdakı icmalara göndərilən bütün Cermuk sakinlərinin cavabı bu olub ki, Cermuk Çernobıl olmayacaq”, deyə Naira Zohrabyan bildirib.
N.Zohrabyan hətta vurğulayıb ki, nəticələri dəhşətli ola biləcək belə bir addım atmayın. O, həmçinin bəyan edib ki, heç bir halda və heç bir vəziyyətdə zor tətbiq edilməməlidir.
Görünür, Amulsara görə, Paşinyan hakimiyyəti xalqa güc tətbiq etmək fikrindədir və bu da ermənilərin özlərini bərk narahat edir. Əbəs yerə deyil ki, Çiçəklənən Ermənistan Partiyasından olan deputat belə bir həyəcan siqnalı barədə xəbərdarlıq edir və bildirir ki, sakinlər bərk narahatdırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...