Novruz bayramı münasibəti ilə Salyan rayonunda tədbir keçirilib. SİA-nın Aran bürosunun məlumatına görə, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi bayram tədbirində İcra Hakimiyyətinin başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Mədəniyyət şöbəsinin hazırladığı bahar mövzusunda və Novruz bayramını əks etdirən sərgiyə baxış keçirildikdən sonra rayon rəhbəri Tahir Kərimov sakinlər qarşısında çıxış edərək təbriklərini çatdırıb. Natiq nitqində Azərbaycanın tarixinə, milli-mənəvi dəyərlərinə söykənən Novruz bayramının ta qədimdən yaşayaraq bu günə qədər gəlib çatmasından bəhs edib.
Bayram tədbiri mədəniyyət işçilərinin, tanınmış musiqiçilərin hazırladığı konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB