İmişlidə evləri qəzalı vəziyyətə düşən sakinlər üçün mənzillərin tikintisi davam edir
İmişli rayonunda regionların sosial iqtisadi inkişaf proqramına uyğun olaraq tikinti, quruculuq işləri görülür. Görülən quruculuq işləri barəsində SİA-nın Aran bürosuna məlumat verən rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar komisiyyasının sədri Səfa Ağayev bildirdi ki, ötən ildən rayon Mərkəzi Xəstəxanası ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən Dövlət büdcəsi hesabına əsaslı təmir edilir. 136 çarpayılıq xəstəxana Səhiyyə Nazirliyi tərəfindən bütün şöbələrin əhatə olunması ilə yeni, müasir səviyyədə təmir olunur. Xəstəxanada işlər sürətlə davam etdirilir.
2008-ci ildən tikintisinə başlanan Olimpiya İdman kompleksində tamamlanma işləri görülür. Prezidentin Sərəncamına əsasən 12 km uzunluğunda İmişlinin Qaravəlli, Mirili kəndinin yolları çəkilməkdədir. Tikintini "Orean-Y" MMC şirkəti həyata keçirir. Rayonun giriş hissəsi hesab olunan M. Əzizbəyov küçəsində işıqlanma sistemi yenilənərək müasir üslubda olanı ilə əvəz olunur, giriş qapısı tikilir, piyada yolu üçün səkilər çəkilir və yol yenidən asfalt örtüklə döşənəcəkdir. Yol kənarında dekorativ gül və ağac kolları əkiləcəkdir.
Məlum olduğu kimi təbii fəlakətdən ziyan çəkən rayonlardan biri İmişli olub. Evləri qəzalı vəziyyətə düşən sakinlər üçün 496 fərdi yaşayış evi tikilərək təhvil verilib. Hal-hazırda 158 evin tikintisi davam etdirilir və 20-sində bərpa gücləndirmə işləri, 72-sində isə təmir işləri görülür. 1030 ziyan çəkmiş ailəyə əkin sahələri üçün, 692 nəfərə evləri üçün kompensasiya verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB