Dünən Fransada 339 min insan etiraz aksiyalarına qatılıb

Dekabrın 10-da Fransada pensiya islahatlarına qarşı keçirilən etiraz aksiyalarında ümumilikdə 339 min nəfər iştirak edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın Daxili İşlər Nazirliyinin məlumat yayıb.

Lakin Həmkarlar İttifaqları təşkilatının verdiyi məlumata görə isə Fransada etirazçıların sayı 880 min nəfəri keçib.

Fransa Daxili İşlər Nazirliyi Parisdə 39 min, Həmkarlar ittifaqlarının məlumatına görə isə 180 min etrazçının küçələrə çıxdığını açıqlayıb.

Xatırladaq ki, dekabrın 5-i Fransada milli tətil günü kimi tarixə düşüb. Belə ki, həmin gün ölkədə 806 min etirazçının iştirakı ilə nümayişlər keçirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə