Cinayətkar erməni ekstradisiya olunur

Çexiya Serj Sarkisyanın qardaşı oğlunuErmənistana ektradisiya edir. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan baş prokurorunun müşaviri Qor Abrahamyan öz Facebook səhifəsində yazıb.

Yazıda qeyd olunur ki, Çexiya hüquq-mühafizə orqanları Ermənistanın Baş Prokurorluğunun Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın Ermənistan hüquq mühafizə orqanlarına təhvil verilməsi barədə tələbini təmin etmək qərarına gəlib. Ermənistan baş prokurorunun müşaviri öz Facebook səhifəsində yazır ki, geniş ictimai marağı nəzərə alaraq bildiririk ki, Çexiya Respublikasının səlahiyyətli orqanları Ermənistan Respublikası Baş Prokurorluğunun cinayət təqibi məqsədi ilə axtarışda olan Narek Sarkisyanın təhvil verilməsi barədə tələbini təmin etmək qərarına gəliblər. O qeyd edib ki, bununla əlaqədar Ermənistan Baş Prokurorluğu polisə Aleksandr Sarkisyanın oğlunun, Serj Sarkisyanın ortancıl qardaşının da İrəvana verilməsini təşkil etməyi tapşırıb.

Xatırldaq ki, 2018-ci ilin dekabrında Narek Sarkisyan İnterpol əməkdaşları və Çexiya polisi tərəfindən Franklin Qonzalez adına saxta Qvatemala pasportu ilə tutulub. 2019-cu il iyunun əvvəlində Praqa Şəhər Məhkəməsinin onun Ermənistana ekstradisiyasına icazə verdiyi məlum olub.

Narek Sarkisyan qanunsuz olaraq silah və sursat əldə etmə, satma, saxlama, daşıma, habelə qadağan olunmuş narkotik maddələrin qanunsuz satışı, istehsalı və ya satılması ittihamları ilə təqsirləndirilən şəxsdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...