Sosial şəbəkə istifadəçiləri Əli Kərimlini ələ saldılar DUBAYA GEDİR?

AXCP sədri Əli Kərimlinin trolları “Facebook” sosial şəbəkəsində onun növbəti sifarişini reallaşdırmaqla özlərini sözün əsl mənasında cəncələ salıblar. SİA xəbər verir ki, Kərimlinin trollarından biri olan Rasim Nəbiyev “Milli Şura”-AXCP cütlüyünün uğursuz aksiyalarından sonra uğradıqları rüsvayçılıqları ört-basdır etmək üçün status paylaşıb.

Başıbəlalı statusunda “Əli Kərimli mitinq üçün Dubaya da çağırsa gedərik” kimi fikirlərini yazan AXCP trolunun bu ifadəsi digər istifadəçilər tərəfindən ələ salınıb. Misal üçün, Yaz Çiçəyi adlı istifadəçi “Gopa basmaq adətidir”, Vəfa Orxan “Özü də ailəlikcə gedərlər”, Nicat Həsənov “Lap istəsələr nəsillikcə gedərlər”, Ləman Bayramova “Çinki hamısı Dubaya gedənlərin təfəkküründədirlər” kimi statusları ilə Əli Kərimlinin və ətrafının ucuz şoumen olduqları qənaətinə gəliblər.

Xatırladaq ki, bir müddət əvvəl icazəsiz aksiyalar keçirməklə vətəndaşları itaətsizliyə çağıran, bu vasitə ilə sabitliyi pozmağa çalışan, siyasi gündəmi dəyişməyə cəhd edən “Milli Şura”-AXCP cütlüyü xalqın kəskin qınağına rast gəldi və heç bir dəstək ala bilmədi. Məhz bundan sonra dağıdıcılar öz ənənələrinə sadiq qalaraq, uğursuzluqlarının baiskarı kimi özlərini deyil, xalqı günahlandırmağa başladılar. Lakin göründüyü kimi, xalq onları rədd edir və ümumiyyətlə, Azərbaycanın siyasi səhnəsində görmək istəmir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə