Azərbaycan Müdafiə Nazirliyi: "Ermənilər cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə başlayıblar"
Ermənilər cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə başlayıblar. Son günlər atəşkəs rejimi daha çox Ermənistan Respublikası tərəfdən pozulur. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 14-də saat 12.25-dən 12.45-dək Ermənistan Respublikasının Krasnoselski rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 14.50-dən 15.00-dək, 16.00-dan 16.10-dək, 16.15-dən 16.24-dək və 16.25-dən 16.40-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 22.20-dən 22.25-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi, martın 15-də saat 06.00-dan 06.10-dək Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimizi, saat 01.10-dan 01.20-dək isə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Düşmən bütün hallarda cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB