Yeni Azərbaycan Partiyası "Xalq üçün" devizi ilə seçki təbliğatını davam etdirir

XAÇMAZ

23 dekabr 2019-cu il tarixində keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası davam edir. Ölkənin hər yerində olduğu kimi, Xaçmazda da bu proses uğurla davam edir. Partiya tərəfindən Xaçmaz rayonu bələdiyyələrinə irəli sürülmüş namizədlərlə rayonun Hülövlü və Susay kənd seçiciləri ilə görüş keçirilib. Görüşü YAP Xaçmaz rayon təşkilatının sədr müavini, rayon Seçki Qərargahının üzvü Abasyar Heydərov açaraq, bələdiyyə seçkilərinin ölkəmiz üçün əhəmiyyətindən danışıb, seçiciləri partiyamızın namizədlərinə səs verməyə çağırıb.

Görüşdə rayon seçki qərargahının üzvü Sürayə Əmirova, seçicilərdən Pənah Əsgərov, Susay kəndi ərazı ilk partiya təşkilatının sədri, qərargah üzvü Amil Rəhimov və başqaları çıxış edərək ölkəmizin bu günki inkişafı və gələcək hədəfləri haqqında seçiciləri məlumatlandırıblar.

Tədbirdə bələdiyyə üzvlüyünə namizəd Mehriban Məmmədova və digərləri çıxış edərək bələdiyyə seçkilərində daha fəal iştirak edəcəklərini, partiyanın qələbəsini təmin etməyə çalışacaqlarını bildiriblər.

BİLƏSUVAR

"Xalq üçün" devizi ilə təbliğat-təşviqat kampaniyasına uğurla başlayan YAP Biləsuvar rayon təşkilatının seçki qərargahı bələdiyyə seçkiləri ilə əlaqədar rayonun Dərvişli kəndində seçicilərlə görüşü keçirib. Görüşdə YAP Biləsuvar rayon təşkilatı Seçki Qərargahının üzvü Rəfael Zeynalov və rayon təşkilatının aparat rəhbəri Əjdər Niftiyev ölkədə həyata keçirilən irimiqyaslı layihələrin ölkə Prezidenti İlham Əliyevin adı ilə bağlı olduğunu, bütün bunların ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşmasına, dövlətimizin dünya səviyyəsində lider blkəyə çevrilməsinə xidmət etdiyini bildiriblər. Çıxış edənlər vurğulayıblar ki, biləsuvarlı seçicilər bütün seçki prosesslərində çox böyük fəallıq göstərərək dövlətə və dövlətçiliyə sədaqətlərini Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə nümayiş etdirəcəklər.

Görüşdə çıxış edən Dərvişli kənd sakinləri Qədir Abasov, Kamal İsgəndərov, Səxavət Almazov və digərləri seçkilərdə fəal iştirak edəcəklərini qaliblər partiyas- Yeni Azərbaycan Partiyasının namizədlərini dəsətəkləyəcəklərini söyləiblər.

DAŞKƏSƏN

YAP Mərkəzi Seçki Qərargahının Daşkəsən rayon şöbəsinin üzvləri rayonun Zinzahal və Çanaqçı kəndlərində YAP tərəfindən irəli sürülmüş namizədlərlə seçicilərin görüşünü keçirib.

Görüşdə seçki qərargahının və rayon təşkilatının sədri Meydanəli Yolçuyev çıxış edərək, Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin qurulmasında, xalqın rifahının ildən-ilə yüksəlməsində əvəzolunmaz xidmətlərindən danışıb: "Ümumxalq dəstəyi və etimadı qazanan hakim partiya 23 dekabr bələdiyyə seçkilərinə "Xalq üçün" devizi ilə gedir. İnanırıq ki, həmişə olduğu kimi, bu seçkilərdə də daşkəsənlilər qaliblər partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədləri dəstəkləyəcək və növbəti möhtəşəm uğurunu qazanacaq.

TƏRTƏR

YAP Mərkəzi Seçki Qərargahının Tərtər rayon şöbəsi bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP tərəfindən irəli sürülmüş namizədlərin seçicilərlə Seydimli və Əskipara kəndində görüşü keçirilib. Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahı Tərtər rayon şöbəsinin və rayon təşkilatının sədri Ramiz Şabanov ölkəmizdə 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərinin sayca beşinci olduğunu bildirib: "Artıq yerli özünüidarəetmə orqanları olan bələdiyyələr öz hüquqi əsaslarına tam yiyələnmişdir. Yeni Azərbaycan Partiyası rayonda seçiləcək 25 bələdiyyə üzrə 229 nəfər partiya üzvünün namizədliyini irəli sürmüş və bu gün keçirilən görüşdə namizədlərimizin öz seçiciləri ilə təması ona xidmət edir ki, seçkilərdə YAP namizədlərinə seçicilərin tərəfindən daha çox etimad göstərilməsinə nail olaq".

R.Şabanov onu da vurğulayıb ki, son 5 ildə istər ölkəmizdə, istərsə də rayonumuzda həyatımızın bütün sahələrində köklü müsbət dəyişikliklər əldə olunub, insanlarımız daha yaxşı yaşayır, əhaliyə göstərilən tibbi xidmətin, təhsilin keyfiyyətcə yeni mərhələyə çatdırılmasına nail olunduğunu, minimum əmək haqlarının, pensiyalar, sosial müavinətlərin artırıldığını, bununla da, vətəndaş məmnunluğunun təmin olunmasında inqilabi dəyişikliklərin baş verdiyini qeyd edib.

Görüşdə rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvlərindən Emin Qurbanov, Sərxan Budaqov, Seydimli bələdiyyəsinə namizədlərdən Mədinə İmanova, Aybəniz Cəfərova, Sürəyya Hüseynova, Əruz Əzimzadə, kənd sakinlərindən Sayəddin Musayev, Ələddin Süleymanov, Əskipara kənd sakinlərindən Faxrəddin Babışov, Gülzar Ağayeva və başqaları çıxış edərək, bələdiyyə seçkilərində ölkəmizin hakim partiyası olan YAP-ın namizədlərinin qalib olmaları üçün həyata keçirilməli olan tədbirlərdən danışıblar.

MASALLI

23 dekabr 2019-cu il tarixində keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasına yüksək ab-hava ilə başlayan Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüş Həsənli kəndində keçirilib.

Görüşdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin qurulmasında, xalqın rifahının ildən-ilə yüksəlməsində və ümummilli inkişafımızda əvəzolunmaz xidmətlərindən danışıb. Bildirib ki, ümumxalq dəstəyi və etimadı qazanan partiyamız 23 dekabr bələdiyyə seçkilərinə "Xalq üçün" devizi ilə gedir: "İnanırıq ki, həmişə olduğu kimi, bu bələdiyyə seçkilərində də xalqımız YAP tərəfindən irəli sürülən namizədlərini dəstəkləyəcək və partiyamız növbəti möhtəşəm uğurunu qazanacaq".

S.Əliyev seçiciləri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Tədbirdə rayon təşkilatının Seçki Qərargahının üzvləri Qardaş Fətullayev, Hikmət Xəlilov, kənd ağsaqqallarından Zəbi Hüseynov və başqaları çıxış edərək, təbliğat kampaniyasının yüksək səviyyədə keçirilməsi yönündə fikirlərini bildiriblər, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərə seçkilərdə uğurlar arzulayıblar.

ASTARA

Respublikamızın bütün rayon və şəhərlərində olduğu kimi, Astara rayonunda da 23 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar YAP Astara rayon təşkilatının Seçki Qərargahı rayonun Siyaku kəndində seçicilərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov açaraq, ötən 5 il ərzində YAP-ın bələdiyyələrdə təmsil olunan üzvlərinin əhalinin sosial məsələlərinin həllində yaxından iştirak etdiyini bildirib: "Astara rayonunda 15 bələdiyyə fəaliyyət göstərir. YAP bu bələdiyyələr üzrə müvafiq yerlərin hamısına öz namizədlərini irəli sürmüşdür. İnanırıq ki, 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində YAP növbəti möhtəşəm qələbəsini qazanacaq. Tədbirdə çıxış edən rayon ağsaqqaları Gülağa Rzayev, Ələsgər Əliyev seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırdılar. Kənd sakinləri Fərrux Muradov, Əhmədşah Quliyev, Arif İskəndərov, Samir Kərimov və digərləri çıxış edərək bələdiyyə seçkilərində fəal iştirak edəcəklərinə, layiqli namizədə səs verecəklərini bildiriblər.

BALAKƏN

Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatı 23 dekabr 2019-cu ilə təyin olunmuş bələdiyyə seçkiləri ilə əlaqədar yerlərdə təbliğat kampaniyasını davam etdirir. Balakən rayon seçki qərargahının üzvləri növbəti görüşü rayonun Qaysa kənd bələdiyyəsi üzvlüyünə namizədlərlə birlikdə keçirib. Görüşü giriş sözü ilə rayon seçki qərargahının üzvü Ömər Osmanov açaraq, Azərbaycanda əldə olunan uğurlardan, Azərbaycan xalqının sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində yürüdülən siyasətin müsbət nəticələrindən danışıb.

Qərargahının YAP Balakən rayon təşkilatının üzvlərindən, kənd ağsaqqalları adından Ramazan Xutrayev də çıxışında 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində hamılıqla məntəqələrə gedərək YAP-ın irəli sürdüyü namizədlərə səs verməyə çağırıb.

Kənd bələdiyyəsi üzvlüyünə namizəd Rəfail Oynağanov seçicilər qarşısında çıxış edərək öz platformalarını seçicilərə bəyan ediblər.

Tədbirdə qərargah üzvü Hacıömər Nuruyev Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərə uğurlar arzulayaraq, öz təkliflərini verib.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...