Ermənistanda hakimiyyət dəyişdikdən sonra yeni hakimiyyət keçmiş məmurların tutulması, və ya axtarışına başlayıb və bu təkcə 1 mart hadisəsi, yaxud digər cinayət işləri ilə əlaqəli deyil. SİA Ermənistana məxsus armlur.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Fakt” qəzeti yazır.
Qəzet yazır ki, hal hazırda Rusiya ərazisində Ermənistana qayıtmaqdan çəkinən bir sıra keçmiş məmurlar var və bəzi hallarda Rusiya tərəfi onları sadəcə təhvil vermir. Sözügedən nəşrə həmin şəxslərin Rusiya dairələri ilə təmasda olan "çatı" nın, ilk növbədə, erməni iş adamı Kamo Avaqumyan olduğu və vəziyyəti bu məmurlarla əlaqələndirmək səyləri barədə məlumat daxil olub. Daha ətraflı məlumat qəzetin bugünkü sayında verilib və bəlli olur ki, Rusiya xofu ilə yanaşı rus qapazı erməniləri hələ də izləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB