Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin görüşləri barəsində bir o qədər də nikbin deyiləm. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, bu prosesə yenidən Sergey Lavrov başçılıq edib. Rusiya danışıqlar prosesində inhisarçı rolunu qoruyub saxlayır və ona görə də danışıqlar prosesinin arzu edilən istiqamətdə gedəcəyi haqqında nikbin fikirlər söyləmək bir qədər çətindir: “Düzdür Elmar Məmmədyarov predmetli danışıqlar olacağından söz açıb, amma bu predmetli danışıqların hələ nədən ibarət olduğunu bildirməyib. Yenə də erməni tərəfi Dağlıq Qarabağ xalqından, Dağlıq Qarabağ separatçı rejimi fikrini danışıqlarda gen-bol istifadə etməkdən əl çəkmir. Hazırda bir qədər sakitləşiblər, daha doğrus ruslar sakitləşdirib”.
Q.Hüseynli vurğulayıb ki, amma biz ümumilikdə Azərbaycanın ərazi bütövlüyü haqqında, Laçın və Kəlbəcər rayonları haqqında ciddi qayğılarımız var: “Çünki Rusiya 5 rayon məfhumunu hələ də gündəmdə saxlayır və bəzi rayonlarında qaytarılmasını mərhələ-mərhələ həyata keçirmək niyyətindədir. Bu isə iki üstəgəl üç və ya üç üstəgəl iki variantıdır. Buna görə də danışıqların necə gedəcəyi, erməni tərəfin hansı şərtlər irəli sürəcəyi və bu şərtlərin Azərbaycanın şərtləri ilə nə dərəcədə üst-üstə düşəcəyi məlum deyil. Bu nöqteyi nəzərdən də danışıqların nəticəli olub olmayacağını söyləmək çətindir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB