İraqın Baş naziri Adel Abdul Mahdi vəzifəsindən istefa verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə davam edən etiraz aksiyalarından sonra Baş nazir istefa ərizəsini parlamentə göndərib. "Böhranı dayandırmaq üçün istefa vacibdir", - Abdul Mahdi bildirib. Qeyd edək ki, bu gün İraq parlamenti növbədənkənar iclasında onun istefasını müzakirə edəcək.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB