"Siyasi islahatlar dəyişikliklərlə bərabər uğurlara da imza atacaq" AÇIQLAMA-ÖZƏL

"Siyasi islahatlar dəyişikliklərlə bərabər uğurlara da imza atacaq" AÇIQLAMA-ÖZƏL

"Yeni Azərbaycan Partiyasının ölkə başçısına parlamentin buraxılması ilə bağlı müraciət ünvanlaması gözlənilən qərar idi. Çünki bir sahədə islahatlar gedib, digər sahələrdə davam etdirilməsə, tarazlıq pozular". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O bildirib ki, dövlətimizin güclənməsi, xalqın rifahı istiqamətinə yönələn dəyişikliklər daha yaxşı nəticələr versin deyə, siyasi sahədə də islahatlar aparılmalı idi: "Bu sahədə islahatlar həyata keçirilməsə, digər sahələrdə aparılan islahatlar üçün maneələr ola bilər. Dünya təcrübəsi də bunu göstərir. Ona görə, bu gün YAP Siyasi Şurası çox düzgün qərar qəbul etdi".

M.İbrahimqızı söyləyib ki, ölkə başçısının çıxışlarında dediyi, eləcə də, Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirində səsləndirdiyi kimi, İslahatlar ardıcıl olaraq davam etdirilməlidir: "Əminəm ki, siyasi islahatlarımız uğurla həyata keçirilən bütün dəyişikliklərlə bərabər, paralel uğurlara imza atacaq. İslahatların daha uğurlu, tarazlı və çevik həyata keçməsi üçün bu zəruri idi. Dünya təcrübəsində erkən seçim və ya parlamentin buraxılması adı bir haldır. Dövlətimiz, xalqımız üçün xeyirli-uğurlu olsun".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə