"Prezident çıxışı ilə gənclərimizə mühüm nəsihət vermiş oldu" ŞƏRH-ÖZƏL
“Prezident İlham Əliyevin BDU-nun 100 illik yubileyi ilə bağlı keçirilən mərasimdə nitqində çox dəyərli fikirlər bildirərək, gənclərimizə çox mühüm nəsihət və tövsiyələr vermiş oldu. Dövlət başçısı bildirdi ki, gənclərimiz diplom xətrinə oxumasınlar. Diplomu olmaq sovet ənənəsi idi. Hazırda isə gənclərin bilikli, elmli, hikmətli, dünya görüşlü olması önəmlidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O bildirib ki, quru diplom üçün çalışanlar vaxtını hədər yerə sərf etmiş olur: “Bu gün gəncliyimiz ölkə tarixini dərindən bilməli, dünya tarixi haqqında geniş biliklərə sahib olmalıdır məhz bu baxımda da Dövlət başçısı BDU-nun 100 illik yubileyi ilə bağlı keçirilən mərasimdə gənclərimizə mühüm istiqamətlərə verərək qeyd etdi ki, öz tarixini bilməyən gənc tam, vətənpərvər, dəyərli vətəndaş ola bilmir. Çünki belə insanları aldatmaq daha asan olur. Düşmən düşərgələr müəyyən təbliğatlar vasitəsilə onları yolundan azdıra bilir. Lakin savadlı insanı mənfi yola çəkmək çox çətin olur”.
Deputat söyləyib ki, Ölkə başçısı çıxışı zamanı bir daha bəyan etdi ki, Azərbaycan gəncliyinə inanır: “Azərbaycan gəncliyi bizim gələcəyimizdir və ölkəmizdə gənclərə çox böyük dəyər verilir. Gəncliyin gücü ilə biz daha da güclənəcəyik”.
Elman Məmmədov qeyd edib ki, dövlət başçısının çıxışı zamanı söylədiyi mühüm fikirlərdən biri “Bizim özümüzdən başqa heç kim çox istəyə bilməz” idi: “Ölkə başçısı bəyan etdi ki, əgər kimsə özünü Azərbaycanı çox istəyirmiş kimi göstərməyə çalışırsa, ona inanmayın. Həmin qüvvələrin Azərbaycanın dövlətçiliyinə yönələn maraqları var. Biz özümüz özümüzü, dövlətimizi, Vətənimizi, hər kəsdən çox sevirik,. Bu baxımdan hər birimiz ölkəmizi müdafiə etmək, müstəqilliyimizi qprumaq üçün vətənpərvərlik ruhunda tərbiyə almalıyıq. Bunun üçün yüksək dünya görüşünə, savada, bilklərə sahib olmalıyıq” .
Deputat vurğulayıb ki, gənclərimizin savadlanmasında, tərbiyəsində müəllimlərin üzərinə böyük məsuliyyət düşür: “Müəllim öyrədəndir. Öyrədən qarşısında oturanlara dərs verdiyi üçün onlardan qat-qat çox biliyə, savada, məlumatlara malik, vətənpərvər olmalıdır. Müəllim lazımı səviyyədə deyilsə, onun biliyinin də qarşısındakılara təsiri olmayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB