“Müxaliflər səhvlərdən nəticə çıxmaq fikrində olmadıqlarını nümayiş etdirirlər” RƏY-ÖZƏL

“Müxaliflər səhvlərdən nəticə çıxmaq fikrində olmadıqlarını nümayiş etdirirlər” RƏY-ÖZƏL

"Prezident İlham Əliyev Sumqayıtın 70 illiyi ilə bağlı keçirilən tədbirdə Azərbaycanın müstəqillik tarixini nəzərə saldı və AXC, Müsavat hakimiyyətinin ölkəni xaos və anarxiyaya sürüklədiyini söyləməsi tamamilə düzgündür". Bunu SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

Onun sözlərinə görə, bəli, müxalifətin vaxtı ilə buraxdığı səhvlərinin indi də, acı fəsadlarını yaşayır və hazırda da anormal fəaliyyətləri ilə səhvlərdən nəticə çıxmaq fikrində olmadıqlarını nümayiş etdirirlər: "O dövrdə baş verən bütün bu proseslərdə kimin hansı dağıdıcı, hansı mənfi rol oynadığını çox gözəl bilirik. Bu gün müxaliflər təxribatlar törətməyə çalışırlar. Ancaq istəklərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycan artıq elə bir inkişaf yolu ilə gedir ki, hər hansı bir dağıdıcı qüvvələr ona təsir göstərə bilməyəcəkdir. O cümlədən də, AXCP və Müsavat və özünü müxalifət adlandıran digər qüvvələrdə bu məsələdə heç bir rol oynaya bilməyəcəklər. Çünki Azərbaycan dövləti əvvəlki Azərbaycan deyil. Bu gün Azərbaycan gücü və qüdrətli dövlətdir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə