"Bakı Dövlət Universitetinin müəllim və tələbələrini ürəkdən təbrik edir, universitetin kollektivinə yeni uğurlar arzulayıram. BDU Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilib. Bu qərar bir daha onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımız qarşısında böyük xidmətlər göstərib". SİA-nın məlumatına görə, bunu bu gün Bakı Dövlət Universitetinin (BDU) 100 illiyinə həsr olunmuş yubiley tədbirində Azərbaycan Prezidenti İlham Əliyev deyib.
O bildirib ki, Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə güclü müstəqil dövlət qurmaq mümkün deyil: "Baxmayaraq ki, gənc respublika böyük çətinliklərlə üzləşmişdi, ölkə ərazisinə tam nəzarət edə bilmirdi, bu qərar bir daha Cümhuriyyət qurucularının niyyətini əks etdirirdi. BDU 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr verib".
Prezident İlham Əliyev söyləyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmayıb: "Bu, bir daha onu göstərir ki, müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan daha asandır. Müstəqilliyi qorumaq, müdafiə etmək, gücləndirmək siyasi bilik, böyük cəsarət tələb edir".
Dövlət başçısı diqqətə çatdırıb ki, Xalq Cümhuriyyəti süqut edəndən sonra BDU yeni ictimai-siyasi dövrdə fəaliyyətini davam etdirirdi: "100 il müddətində universitetinin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirib, məzunlar arasında görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər var. Onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfələrini veriblər. Azərbaycan xalqının Ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev də BDU-nun məzunudur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB