Nümayişçi tələbələrdən qaçan Arutyunyan Avropada gəzir

Nümayişçi tələbələrdən qaçan Arutyunyan Avropada gəzir

Nazirliyə arxa qapıdan daxil olan Araik Arutyunyan indi Avropada səyahət edir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Qraparak" qəzeti yazır.
Qəzeti yazır ki, müxtəlif qrup gənclər Milli Təhlükəsizlik Xidməti qarşısında universitetlər haqqında qanuna, zorakılığa qarşı etiraz nümayişləri keçirərkən, Təhsil, Elm, Mədəniyyət və İdman naziri Araik Arutyunyan Avropanı gəzir.
Nəşr qeyd edir ki, Arutyunyan noyabrın 21-də Moskvada, 22-də isə Belçikada olub. Sonra o, baş nazirin yanında olmağı artıq dəstək əlaməti hesab etdiyi üçün Robert Amirxanyanın 80 illik yubileyi münasibətilə Paşinyanla konsertdə iştirak etmək üçün qısa müddətə İrəvanda görünüb. Araik Arutyunyan dünən yenidən Parisə yola düşüb. Qəzeti xüsusilə vurğulayır ki, İrəvandakı etiraz aksiyaları, tələbə nümayişləri keçirilən günlərdə arxa qapıdan nazirliyə girən və tələbələrin bu bunaya girməməsi üçün əlindən gələni edən Arutyunyan indi əslində, onlarla görüşməkdən çəkinir və hətta bütün Avropanı səyəhat edir. Bir sözlə, nümayişçi, narazı erməni tələbələrdən qaçan Arutyunyan Avropada gəzir və sözsüz ki, onlarla görüşməkdən qorxur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə