Yanğınsöndürən-xilasedicilər təxminən 3900 kvadratmetr otlaq sahəsində yanğına cəlb olunub. SİA Ermənistana məxsus 1in.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, noyabrın 24-də Ermənistan Respublikası Milli Fövqəladə İdarəetmə Mərkəzinin Fövqəladə Hallar Nazirliyinə otlaq sahələrini əhatə edən 6 yanğın siqnalı daxil olub.
Məlumata görə, İrəvanın Kanaker-Zeytun inzibati rayonunda - 400 kvadratmetr, Avan inzibati dairəsində - 1000 kvadratmetr, Kotayk marzdakı Nor Qeqi kəndində - 1000 kvadratmetr, Kasax kəndində - 1000 kvadratmetr, Syunik bölgəsinin Sisian şəhərində - 200 kvadrat metr ərazinin alovlar içərisində olduğu bildirilib.
Yanğınsöndürənlər alovun söndürülməsinə və ətraf ərazilərin izolə edilməsinə cəlb ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB