Milli Qəhrəman Vüqar Mürsəlovun doğum günüdür

Milli Qəhrəman Vüqar Mürsəlovun doğum günüdür

10 Mart Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlovun doğum günüdür. Qarabağ Azadlıq Təşkilatından SİA-ya verilən məlumata görə, Vüqar Mirəzbər oğlu Mürsəlov 1963-cü il martın 10-da Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub.

O, 1991-ci ildən başlayaraq Xüsusi Təyinatlı Milis Dəstəsinin tərkibində Füzuli, Xanlar, Ağdam, Laçın, Şuşa, Goranboy, Ağdərə bölgələrində rəşadətlə vuruşub. 1992-ci il iyunun 9-da Tərtər rayonu Cəmilli kəndi istiqamətində gedən döyüşdə qəhrəmanlıqla həlak olub.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunub. Göytəpə şəhərində oxuduğu məktəbə onun adı verilmiş, şəhərin mərkəzində büstü qoyulmuş, Tərtər, Göytəpə və Cəlilabad şəhərlərində adına küçələr vardır.

Bütün xəbərlər Facebook səhifəmizdə