"ATƏT-in Minsk Qrupunun həmsədrləri prezidentlərin martın 5-də Soçidə keçirilən görüşündən əvvəl və sonra qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması haqqında xəbərlərdən ciddi şəkildə narahatdır. Təsdiqlənəcəyi təqdirdə bu kimi mənasız aktlar tərəflərin güc tətbiqindən çəkinmək və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına can atmaq barədə götürdükləri öhdəliklərlə ziddiyyət təşkil edir". SİA-nın məlumatına görə, bu sözlər ATƏT-in Minsk Qrupu həmsədrlərinin Vilnüsdə yaydıqları birgə bəyanatda əksini tapıb.
Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşikdən bütün tərəflərin iştirakı ilə bu kimi faktlarla bağlı dərhal təhqiqata başlamağı xahiş edib.
Bəyanatda, həmçinin qeyd olunur ki, vasitəçilər gələn həftə yenidən regiona səfər edəcək və keçirəcəkləri görüşlərdə tərəfləri təhqiqat aparılması məsələsində əməkdaşlığa çağıracaqlar.
Həmsədrlər bir daha insan itkiləri ilə nəticələnən addımları qəti şəkildə pisləyib və tərəfləri israrla səbir nümayiş etdirməyə və 1994-cü ildə imzalanmış atəşkəs haqqında razılaşmaya əməl etməyə çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB