Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurasının 22.02.2011-ci il tarixdə keçirilmiş növbəti iclasında 5 vergi ödəyicisində aparılan səyyar və kameral yoxlamaların nəticələrinə əsasən qəbul olunmuş qərarların ləğvi barədə şikayətlərə baxılıb.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, vergi ödəyicisi kimi 2 saylı ƏVI-də qeydiyyatda olan "Metallurq-Təmir-1" ATSC-nin direktoru Dadaş Nəzərovun vergi borcunun silinməsi haqqında şikayəti araşdırılarkən müəyyən edilib ki, "Metallurq-Təmir-1" ATSC-nin rəhbərliyi müəssisənin adının "Özəlləşdirilən dövlət müəsisələrinin, aqrar islahatları nəticəsində ləğv olunan və işğal altında olan rayonların təsərrüfat subyektlərinin siyahısı"na aid edilməsini və bu işin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə olunmasını xahiş edib.
Sumqayıt Apellyasiya Məhkəməsinin İqtisadi Mübahisələrə dair işlər üzrə Məhkəmə Kollegiyasının müvafiq qətnaməsinə əsasən ASC-nin 01.11.2003-cü il tarixinə olan bütün borclarının silinməsi Vergilər Nazirliyinə tapşırılıb.
Qeyd olunanları nəzərə alaraq, Vergi Apellyasiya Şurası tərəfindən "Metallurq-Təmir-1" ATSC-nin direktoru Dadaş Nəzərovun şikayətinin təmin edilməsi və 3810,52 manat məbləğində borc məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilib.
Vergi ödəyicisi kimi Bakı şəhər Vergilər Departamentində (BŞVD) qeydiyyatda olan "Aztaym" MMC-in direktoru Rza Hüseynovun keçirilən səyyar vergi yoxlaması nəticəsində ödəmə mənbəyində azaldılmış vergi məbləğinin və tətbiq edilmiş maliyyə sanksiyasının ləğv olunması barədə şikayəti araşdırılarkən müəyyən olunub ki, vergi ödəyicisi yoxlanılan dövr üzrə 7702,8 manat məbləğində ödəmə mənbəyində tutulan vergini azaltdığından ona 3891,4 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi barədə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən qərar çıxarılıb.
Quliyev Məmməd Cəlil oğluna məxsus olan 187.24 m2 qeyri-yaşayış sahəsi sözügedən müəssisəyə icarəyə verilərkən icarə haqqının məbləği real bazar qiymətlərindən xeyli aşağı göstərilməklə rəsmiləşdirilib.
Qeyd olunanları nəzərə alaraq, Apellyasiya Şurası "Aztaym" MMC-nin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının 25.01.2011-ci il tarixli qərarını qüvvədə saxlayıb. Vergi ödəyicisi kimi BŞVD-də qeydiyyatda olan Zülfiyyə Zöhrab qızı Nəcəfovanın Vergi Auditi Departamenti tərəfindən tərtib edilmiş səyyar vergi yoxlamasının nəticələri barədə 14.10.2010-cu il tarixli aktının yenidən araşdırılaraq Vergi Auditi Departamentinin qəbul etdiyi "vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 19.11.2010-cu il tarixli qərarın ləğv edilməsini xahiş edib.
Apellyasiya Şurası əsaslı araşdırma aparmaqla Zülfiyyə Zöhrab qızı Nəcəfovanın şikayət ərizəsinin təmin edilməsi və Vergi Auditi Departamenti tərəfindən tərtib edib qərarın ləğv olunması barədə qərar çıxarıb. Vergi ödəyicisi kimi BŞVD-də qeydiyyatda olan fiziki şəxslər Hüseynov Cəmil Faiq oğlunun və Hüseynov Arif Səfər oğlunun kameral və səyyar vergi yoxlamaları nəticəsində hesablanan əlavə vergi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi məsələsi araşdırılarkən müəyyən olunub ki, Departamentin Bəyannamələrin qəbulu və işlənməsi idarəsi tərəfindən C.Hüseynovda kameral qaydada aparılmış yoxlama zamanı 2010-cu ilin yanvar, fevral, mart, aprel ayları üçün vergi ödəyicisinə 2336,53 manat əlavə vergi məbləği hesablanıb.
A.Hüseynovun təqdim etdiyi bəyannamələrdə bir işçinin orta aylıq əmək haqqı məbləği 80 manat göstərildiyindən, Departamentin Bəyannamələrin qəbulu və işlənilməsi idarəsi tərəfindən ona kameral qaydada əlavə vergi hesablanıb.
Məsələyə tam aydınlıq gətirilməsi məqsədilə Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən fiziki şəxslər C.Hüseynov və A.Hüseynovun şikayətlərinə 01.01.2009-01.01.2011-ci il tarixədək olan dövr əhatə edilməklə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi növü üzrə (o cümlədən, 01.01.2009-01.10.2010-cu ilədək olan dövr təkrar yoxlanılmaqla) növbədənkənar səyyar vergi yoxlamasının təyin olunması qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB