“Hələ çox blok və qurumların yaradılmasına uğursuz cəhdlər göstəriləcək” RƏY-ÖZƏL
"Vaxtı ilə dahi siyasətçilərdən biri olan Çörçill demişdir: “İngiltərənin daimi dostları və düşmənləri yoxdur, daimi maraqları var”. Siyasət elə bu məfhumdan yanaşanda da görünür ki, siyasətdə daimi dostlar və daimi düşmənlər yoxdur. Ona görə də, situasiyanın diqtə elədiyi elə məsələlər var ki, bu zaman dostlar düşmənə, düşmənlər isə dosta çevrilə bilir. İndi ki, halda vaxtı ilə Müsavat partiyası ilə münasibətləri yaxşı olmayan şəxslərin və qurumların bir araya gələrək, blok yaratmaq təşəbbüsünə də bu aspektdən baxmaq lazımdır". Bunu SİA-ya açıqlamasında Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.
Onun sözlərinə görə, yəni zaman dəyişir və situasiya dəyişir, ona görə də, insanlar və qurumlar arasında ki, münasibətlər də dəyişir: "Amma prespektivdə yaradılacaq bu qurumun hansı uğurlara imza atıb atmayacağı barədə dəqiq fikir söyləmək mümkün deyil. Gərək onlar tərəfindən səslənən belə bir birlik ortaya çıxsın və sonra nə isə demək olar. Yəni məramnaməsi və nizamnaməsi ortada olsun, məqsədlərini elan eləsinlər və ondan sonra nə isə demək olar. Amma indi bəri başdan nə isə demək çox tezdir. Yəni müxalifət düşərgəsində yeni siyasi qüvvələr axtarışı gedir. Ona görə də, müxalifət düşərgəsində hələ çox blok və qurumların yaradılmasına uğursuz cəhdlər göstəriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB