Ermənilərin inqilab köpüklərindən azad olmaq arzuları

Ermənilərin inqilab köpüklərindən azad olmaq arzuları

İnqilab köpüklərindən qurtulmaq lazımdır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri İctimai Şuranın sədri Vazgen Manukyan bu gün jurnalistlərlə görüşü zamanı deyib.

"Ermənistandakı mövcud vəziyyət bizim halımıza uyğun deyil. Bu vəziyyəti düzəltmək mümkündürmü? Əlbəttə ki, mümkün olması səlahiyyətlərdən asılıdır. Hakimiyyətin ölkə daxilində yürütdüyü siyasəti köklü şəkildə dəyişdirmək lazımdır", deyə İctimai Şuranın sədri bildirib.
Şura sədri vəziyyətdən, Ermənistanın düçar olduğu çətindurumdan qurtarmağın labüd olduğunu da deyib.
"İnqilabın köpüklərindən qurtulmalıyıq. İnqilabdan sonra köpük həmişə əmələ gəlir və bu zaman bulanıq sularda balıq tutmağa çalışan, dəyəri olmayan insanlar meydana çıxır", deyən Vazgen Manukyan yeni hakimiyyətə ehyamlar vurub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə