"Qoşulmama Hərakatı konfransının Bakıda və 120 dövlət başçısının və parlament sədrinin xarici işlər nazirlərinin, baş nazirləri səviyyəsində keçirilməsi və bəyannamə qəbul edilməsi Ermənistan hakimiyyətini qorxuya salıb". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, Qoşulmama Hərakatı Konfransı ərəfəsi daxildə antimilli qrup xaricdə ermənilər eyni senari ilə iş aparırdılar ki, konfransa maneçilik yaratsınlar: "Konfransda müzakirə olunan məsələlərlə bağlı qəbul edilmiş bəyannamələr bir daha sübut etdi ki, ermənilərin, antimilli qrupların şousu belə beynəlxalq tədbirlərə təsir edə bilməz. Qoşulmama hərakatına sədrliyin Prezident İlham Əliyevə həvalə olunması Azərbaycan dövətinin dünyada artan nüfuzunun göstəricisidir. İştirak edən dövlətlərin nümayəndələri tərəfindən imzalanan bəyannamədə Ermənistan işğalçı dövlət kimi tanındı. Ermənistan bundan xoflanaraq özünə yeni dayaq axtarışına çıxmaq istəyidir. Bu gün Ermənistanda vəziyyət kritik olduğu halda Qoşulmama Hərakatı da bunlara bir zərbə oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB