"Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası müsabiqə qaydalarında dəyişiklik etmək istəyir. İxtisaslaşmış sahələr üzrə dövlət qurumlarını qrant müsabiqələrində qalibləri birgə müəyyən etməyə dəvət edəcəyik". SİA-nın xəbərinə görə, bunu Şuranın sədri, millət vəkili Azay Quliyev SƏLİS Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin təqdimat mərasimində çıxış edərkən deyib.
O bildirib ki, bu, gələcəkdə müxtəlif sahələr üzrə problemlərin həllinə böyük töhfə verəcək. A.Quliyev yaxın dövrdə İnternet bankçılıq sistemi yaradılmasını təklif edib: "Artıq banklarla danışmışıq, QHT layihələr üzrə bütün əməliyyatlar elektron formada həyata keçiriləcək. Qrant müqavilələri və bildirişlərdən tutmuş sənədlərlə bağlı əməliyyatlar vahid idarəetmə ilə ağıllı telefonlar vasitəsi ilə həyata keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB