"Ölkə ictimaiyyəti antimilli ünsürlərə tutarlı cavab verdi” RƏY-ÖZƏL

"Ölkə ictimaiyyəti antimilli ünsürlərə tutarlı cavab verdi” RƏY-ÖZƏL

"Ölkəmizdə aparılan iqtisadi sosial islahatlar və ölkə vətəndaşlarının sosial rifah inkişafına yöməlmiş təqdirə layiq addımların atılması cəmiyyət tərəfindən yüksək qiymətləndirilmişdir". Bunu SİA-ya açıqlamasında Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Anar Sarıyev deyib.

Onun sözlərinə görə, ölkəmizin ictimai siyasi sabitliyi hər bir vətəndaş üçün çox böyük önəm kəsb edir və son məlum hadisələrə ölkə ictimaiyyəti tərəfindən layiqli mövqe nümayiş etdirildi və antimilli ünsürlərə tutarlı cavab verildi: "Məsələlərə hüquqi aspektən yanaşmaq lazımdır və qanunin aliliyi təmin edilməli müəyyən edilmiş qanunlar çərçivəsində hüquqi prosesual işlər aparılmalıdır. Bu gün ölkəmiz beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edir və bu tədbirlər ölkəmizin dünya miqyasında siyasi güc mərkəzinə çevrilməsinin əyani göstəricisidir. Dövlətimiz hər bir vətəndaşımızın yaxşı yaşaması üçün sosial islahatlar paketi həyata keçirir həmçinin dövlət idarəçiliyinin təkmilləşdirilməsi çevik və daha operativ olması istiqamətində aparılan islahatlar dövründə Qarabağ probleminin həll olunması istiqamətində ölkəmizin mövqelərinin heç zaman bu qədər güclü olmadığı bir məqamda təbii ki müəyyən dairələr narahatdırlar və öz məkrli planlarını həyata keçirmək üçün hansısa addımların atılmasına səy göstərdilər. Bu gün Azərbaycan əhalisi ölkə başçısı Prezident İlham Əliyevin ətrafında sıx yumruq kimi birləşmiş və antimilli ünsürlərin təşəbbüskarına laqeydsizlik nümayiş etdirməklə öz mövqelərini bir daha nümayiş etdirmişlər. Azərbaycan xalqı öz Prezidentini sevir və dəstəkləyir və xalqın birlik və bərabərliyini pozmaq istəyən bütün qüvvələrə qarşı sərt mövqe ortaya qoyur".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə