"Zirvə görüşünün Bakıda keçirilməsi ölkəmizin dünyadakı rolunu göstərir" RƏY-ÖZƏL
“Unutmayaq ki, BMT-yə üzv olan ölkələrin 120-si Qoşulmama Hərəkatının üzvüdür. Onların hamısı bu gün Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə təmsil olunur”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq, Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
O bildirib ki, istər təşkilata sədrliyin Azərbaycana keçməsi, istərsə də, Zirvə görüşünün Bakıda keçirilməsi ölkəmizin dünyada oynadığı roluna yanaşmadır.
Azərbaycanın öz maraqların uyğun olaraq dünyada balanslı siyasət həyata keçirdiyini deyən politoloq ölkəmizin heç bir hərbi bloka qoşulmadığını dilə gətirib.
Onun sözlərinə görə, Qoşulmama Hərəkatın üzvü olmaq Azərbaycanın maraqlarına cavab verir: “Qoşulmama Hərəkatı bir neçə qitəni birləşdirən bir təşkilatdır. Yaxın Şərq, eyni zamanda Asiya, Afrika, Cənubi Amerika qitələrini birləşdirən təşkilat yüksək nüfuza malikdir”.
F. Sadıqov qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində bir sıra mühüm məsələlərə diqqət yetiriləcək: “Belə ki, ölkəmiz münaqişələrin yaranması, təhlükəsizliyin təmin olunması, eyni zamanda bizi narahat edən separatizm meyllərinə qarşı çıxış edərək bu istiqamətdə siyasi addımlarını davam etdirəcək. 3 il ərzində sədrlik edən Azərbaycan bu istiqamətlərdə bir sıra nailiyyətlərə, uğurlara imza atacaq. Ölkəmiz müxtəlif istiqamətlərdə müəyyən qətnamələr və qərarların qəbul olunmasında həm təşəbbüskar, həm də bunlara nail olan dövlətə çevriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB