Lənkəranda ötən il 1528 yeni iş yeri yaradılıb

Lənkəranda ötən il 1528 yeni iş yeri yaradılıb

Azərbaycan Respublikası Prezidentinin 15 may 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı"na (2007-2010-cu illər) uyğun olaraq Lənkəran rayonu üzrə Ərazi Məşğulluq Proqramı tərtib olunub.

Şəhər İcra Hakimiyyətinin sosial-iqtisadi şöbəsindən SİA-nın cənub bürosuna verilən məlumata görə, il ərzində işsiz və iş axtaran kimi rayon Məşğulluq Mərkəzinə 792 nəfər müraciət edib. Məşğulluq Mərkəzi tərəfindən 727 nəfərə göndəriş verilib. İl ərzində rayonda 1528 yeni iş yeri yaradılıb ki, bunun da 1082-si daimi iş yeridir.

İcra Hakimiyyətindən onu da əlavə ediblər ki, əhalinin işlə təmin olunmasında sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Hər bir sahibkarın fəaliyyət sahəsi müəyyən sayda insanlar üçün iş yeri deməkdir. Təəssüflər olsun ki, bəzən sahibkarlar yersiz yerə incidilir. Bu xüsusilə, vergi, əmək müfəttişliyi və digər yoxlayıcı qurumların işçiləri tərəfindən yol verilir.

Qeyd edək ki, Lənkəranda 2010-cu ildə 2 dəfə əmək yarmarkası keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə