Ermənilər Ermənistanı kütləvi şəkildə tərk edir. Faktı qeyri-hökumət təşkilatları ilə yanaşı dövlət orqanları da təsdiq edirlər. Rəsmi Yerevan (oxu İRƏVAN - red.) ölkədən kütləvi köçün başvermə səbəblərini başqa mənbələrdə axtarmağa çalışsa da, həqiqət başqadır. Başqasının hesabına qarnını qolduran, daim ianələr hesabına yaşamağa öyrəncəli olan ermənilər artıq Ermənistanda dişlərinə vurmağa heç nə tapmırlar. Əvvəllər oliqarxların artığı ilə dolansalar da bu gün quduzlaşmış varlılardan heç o da qalmır. Əlac yenə başqa ölkələrə köç etməyə qalır. Hətta ermənilərin nisbətən ortababı sayılan orta sinif nümayəndələri isə illüziyadan cana doyduqlarını bildirərək Ermənistanın gələcəyinə inanmadıqlarını, ölkələrinin heç zaman inkişaf etməyəcəyini, çiçəklənməyəcəyini deyirlər.
Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyinin müvəqqəti işlər vəkili Cozef Penninqton isə problemin səbəbini ölkənin düşdüyü ağır iqtisadi durumda, siyasi sabitliyin olmamasında görür.
"Əgər indiyədək Ermənistanda bir qrup insanlar ölkədən getmək barədə düşünürdülərsə, bu gün artıq ölkədəki iqtisadi, siyasi, kriminogen durun onları məcbur edib ki, başqa ölkələrə köçsünlər. Ermənistanın indiki "prezidenti" Serj Sarkisyanın "seçildiyi" seçkilərdən sonra baş verən 1 mart qırğınlarından sonra isə xalqın nə bu iqtidara, nə də ölkəsinə inamı qalmayıb. Getdikcə ağırlaşan sosial durum hər gün 20 nəfərin təkcə ABŞ-ın bu ölkədəki səfirliyinə müraciət etməyə vadar edir. Bunu bizə orta təbəqənin ən aktiv nümayəndələri söhbətləri zamanı bildirdilər. Hətta bizim səfirliyimizin təchizat xidmətində 12 il iş təcrübəsi olan Ermənistan vətəndaşı da bildirdi ki, onu Çex Respublikasına köç etməyə vadar edən siyasi sabitliyin olmaması, öz ölkəsinin gələcəyinə olan inamın itməsi, kriminogen durumdur. Əksəriyyət uşaqlarının gələcəyindən qorxurlar, qeyri-müəyyən şəraitdə övladlarını necə böyüdəcəkləri ermənilərin bir nömrəli probleminə çevrilib. Cəmiyyətdə baş verən mənəvi aşınmalar, varlıların qanunlara məhəl qoymadan kasıb təbəqənin, adi vətəndaşların haqqını tapdalaması, adi sosial şəraitin olmaması, rüşvətxorluq, korrupsiya hallarının həyat normasına çevrilməsi, ən başlıcası isə dövlətin aidiyyəti qurumlarının baş verənlərə biganə yanaşması insanların gələcəyə olan inamını demək olar ki, öldürüb", - deyə Cozef Penninqtonun hesabatında bildirilir.
Ruben Aleksanyan, 40 yaşı var, tikinti-layihələndirici vəzifəsində çalışıb, işdən qovulub. O da həmvətənləri kimi Avropa ölkələrindən birinə emiqrasiya etməyi düşünür. 5 yaşlı uşağı və həyat yoldaşı ilə birgə çörək dalınca Avropaya üz tutub.
Belələri Ermənistanda minlərlədir. Bunu ABŞ-ın Ermənistandakı səfirliyinin apardığı araşdırmalar da təsdiq edir. Ermənilərin öz ölkəsindən qaçması yeni xəbər deyil. Tarix boyu bu millətin təmsilçiləri xoş gələcək, firəvan həyat ardınca qitələri, ölkələri gəziblər və həmişə yaşadıqları dövlətlərdə problemlər çıxarıblar. Bu, erməni xəstəliyidir. Çar Rusiyasının son illərindən və keçmiş SSRİ-nin yarandı ilk dövrlərdə dünyanın əksər yerlərindən Cənubi Qafqaza köçürülən ermənilər əslində bura "yağlı tikə" dalınca gəlmişdilər. Onları bura gətirənlərin isə məlum olduğu kimi məqsədi başqa idi. 150-200 il bundan əvvəl əzəli Azərbaycan torpaqlarına köçürülən ermənilərin nəvələri bu gün buradan qaçmağa başlayıblar. Sovet Ermənistanı adlandırılan qədim Azərbaycan torpağındakı 3,5 milyonluq ermənidən indi cəmi 2 milyonu qalıb. Yenə köç başlayıb. Nəvələr babalardan, xələf sələfdən, ata oğuldan, mamır qayadan qopur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB