"Radikal müxalifətin öz qanunları var – qarşıdurma yaratmaq, insanları dövlətə qarşı qaldırmaq, çevrilişə səsləmək, gənclər, qadınlarla polis qarşıdurması yaratmaq". Bunu SİA-ya açıqlamasında ADİİM-nin sədri “Avrasiya” İA-nın baş redaktoru Cavid Şahverdiyev deyib.
Onun sözlərinə görə, bu qanunlar Avropada ermənipərəst donor təşkilatları tərəfindən hazırlanaraq təsdiq olunub: "Azərbaycanın radikal müxalifət liderləri isə onu ölkədə tətbiq etməyə cəhdlərdə olurlar. İnkişaf etmiş ölkələrdə, cəmiyyətlərdə bir çox qanun zamanın, reallığın tələblərinə uyğun olaraq dəyişilir, sənədlərə əlavələr edilir. Amma Əli Kərimli, “Milli Şura” adlanan qurumun qanunları heç vaxt dəyişilmir – köhnə hamam, köhnə tas. Çünki bu “liderlərin” təfəkkürlərində belə 26 ildir dəyişiklik olmayıb, beyinləri paslanıb, işləmir. Qanun icazəsiz mitinq, aksiya keçirməyə izn vermirsə və Meriyaya etdiyin müraciətə mənfi cavab verilibsə, o zaman qanunsuz aksiya keçirməkdə, gəncləri, qadınları polis dəyənəyi qabağına verməkdə məqsəd nədir. Əli Kərimliyə icazəsiz aksiyada hansısa sosial problemin səsləndirilməsindən daha çox kiminsə qanının tökülməsi lazımdır. Budur, onun qarşısına qoyulan tələb. Anti-Azərbaycan qüvvələri də bunu əlində bayraq tutub dünyaya bəyan etsin ki, Azərbaycanda insan haqları, söz və mətbuat azadlığı pozulur, vətəndaşlara divan tutulur və s. Ona görə, bizim radikallar icazəsiz mitinqlər, aksiyalar keçirməkdə maraqlıdırlar. İnsan haqlarının qorunmasından, demokratiyadan danışan Əli Kərimli kimi insanlar heç vaxt qanun aliliyinə hörmətlə yanaşmırlar. Dünyanın istənilən ölkəsində, “demokratiya”nın beşiyi sayılan Avropada belə qanunsuz aksiyalar dağıdılır. Təbii ki, Azərbaycanda da belə olub, bundan sonra da olacaq. Bunu Əli Kərimli də yaxşı dərk edir. Amma hamını düşündürən bir sual odur ki, nədən Kərimli və yaxud “Milli Şura” adlanan qurumun liderləri icazəsiz aksiyalarda görünmürlər. Əli Kərimli qadını qabağa verib, özü gizlənirsə, bu halda dövlətin, millətin taleyini onlara necə etibar etmək olar?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB