“Qarabağ Azərbaycandır və nida işarəsi” devizi ilə fləşmob keçirilib FOTOLAR

“Qarabağ Azərbaycandır və nida işarəsi” devizi ilə fləşmob keçirilib FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında beynəlxalq ictimaiyyətə ünvanlandığı “Qarabağ Azərbaycandır və nida işarəsi” mesajı ümummilli ideya kimi qəbul edilərək ətrafında milyonları toplamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məlum bəyanatının doğurduğu ümumxalq əhval-ruhiyyəsinin bir göstəricisi olaraq Yeni Azərbaycan Partiyasının gəncləri tərəfindən “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi ilə fləşmob keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirə yüksək vətənpərvərlik ruhunda, böyük maraq və həvəslə qatılan tələbələr “Qarabağ bizimdir, bizim olacaq”, “Qarabağ Azərbaycandır” şüarlarını səsləndiriblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə