Putindən Paşinyana iki mesaj

Ermənistanın hal-hazırda həbsdə olan ikinci prezidenti Robert Koçaryanın həyat yoldaşı Bella Köçəryanla Vladiir Putinin görüşməsində bir siyasi mesaj da var. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu “Milli Gündəm” partiyasının həmtəsisçisi Ara Akobyan deyib.

Məlumata görə, o həmçinin qeyd edib ki, Ermənistanın baş naziri görüşlərini, söhbətlərini və müzakirələrini üstün dərəcəli sözlərlə xarakterizə etməsinə baxmayaraq Paşinyan-Putin görüşündə də aydınlıq olmayıb.
"Nəticələr haqqında bir şey söyləmək mümkün deyil, çünki bu görüşdən sonra heç nə deyilmədi", deyə partiya həmtəsisçisi bildirib.

Rusiya prezidentinin hal-hazırda həbsdə olan Ermənistanın ikinc prezidenti Robert Koçaryanın həyat yoldaşı Bella Köçəryanla görüşünə toxunan Ara Akobyan qeyd edib ki, Putin bu görüş vasitəsilə Baş nazir Paşinyana iki vacib mesaj göndərib. Onun sözlərinə görə, birinci mesaj ondan ibarətdir ki, o insani münasibətlərə böyük əhəmiyyət verir və ikinci mesaj isə indan ibarətdir ki, Putin, Köçəryanın məhkəməsini izlədiyini Paşinyana çatdırmaq istəyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə