Ermənistanın hazırda həbsdə olan keçmiş prezident Robert Koçaryan dünən yenidən xəstəxanaya çatdırılıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan yenidən MTN təcridxanasından “İzmirlyan” Tibb Mərkəzinə aparılıb.
Məlumatda qeyd olunur ki, İstintaq – axtarış xidmətinin mətbuat katibi Nona Navikyan aysor.am saytına müsahibəsində deyib ki, tibbi mərkəzə aparılan Koçaryan müayinədən sonra təkrarən ibtidai istintaq təcridxanasına qaytarılıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB