Erməni təxribatı məğlubiyyətin, gücsüzlüyün, çarəsizliyin təzahürüdür TƏHLİL
Bu gün erməni təxribatının artıq sərhəd tanımadığı göz qabağındadır və ermənilərin harda, necə təxribatlar törədəcəyindən kimlərsə sığortalanmayıb. Dünya ictimaiyyəti dəfələrlə erməni təxribatının şahidi olub və bu beynəlxalq miqyasda da müşahidə olunduğu üçün hansısa beynəlxalq qurum belə bu təxribatları təkzib edə bilməz və etiraf etməyə də borcludur.
Dünyanın siyasi mənzərəsində erməni hiyləgərliyi özünü göstərir və dünya ictimaiyyəti əsrlərlə onların bu hiyləgərliyi ilə tanışdır. Özünü günahsız kimi göstərməyə, məzlum kimi təqdim etməyə çalışan bu xalq, əslində isə sonradan formalaşmış bu toplumun bundan sonra hələ hansı təxribatlara əl atacağı da bəlli deyil. Bu baxımdan dünya ictimaiyyətinin, beynəlxalq qurumların erməni təxribatına görə həyəcan təbili çalmasının vaxtı artıq çoxdan yetişib. Bu təxribatların qarşısı alınmalı, təxribatlara görə isə cəza tətbiq edilməlidir.
Özünü sivil, sülhsevər, demokratik toplum kimi göstərməyə çalışan təxribatçıların idman yarışlarına da burunlarını soxmaları haqlı olaraq artıq son dərəcə ciddi məsələ kimi müzakirəyə səbəb olub. Çünki, idman yarışları nə siyasi mübarizə, nə iqtisadi rəqabət, nə də dava-dalaş üçün meydan deyil. Əksinə, bəzi yarışlardan öncə sülh göyərçinlərinin səmaya buraxılması ənənəsi təsdiq edir ki, idman yarışları millətlər, xalqlar, dövlətlər arasında sülhün bərqərar olmasına xidmət etməlidir.
Olimpiya yarışlarında beş qitənin birliyini tərənnüm edən çevrələrdən ibarət simvol da təsdiq edir ki, idman yarışları insanlar, millətlər, xalqlar, dövlətlər, hətta qitələr arası birliyi tərənnüm etməli, qorumalıdır. Amma erməni təxribatının fonunda dünya ictimaiyyəti bunun əksini müşahidə edir, özü də dəfələrlə. Məsələn, Azərbaycanın paytaxtında keçirilməsi qərarı verilən futbol yarışından öncə “Çelsi” komandasının oyunçusu, erməni əsilli Mxitaryanın üzərində qurulmuş və siyasiləşdirilmiş oyunlar artıq dünya ictimaiyyətinə bəllidir. Hələ oyunun keçirilməsinə bəlli bir müddət qalmışdan erməni təxribat maşını işə salındığı da sirr deyil. Bu təxribatlar Azərbaycan əleyhinə təşkil olunurdu və Mxitaryanın ölkəmizin paytaxtına gəlməkdən imtina etməsi də yalnız təxribata xidmət edirdi. Heç bir azərbaycanlı, heç bir vətəndaşımız Mxitaryanın Bakıya gəlməsinin əleyhinə bir kəlmə belə demədiyi halda ermənilər səs-küy yaratdılar ki, guya Azərbaycanda Mxitaryan az qala çarmıxa çəkiləcək və o da buna görə yaman qorxuya düşüb. Təəssüf ki, bu erməni hay-həşirinə səs verənlər ermənipərəstlər də tapıldı. Hətta, yarış keçirilən gün bu erməni əsilli Mxitaryanın adı yazılan idman geyimləri ilə paytaxt küçələrində bəziləri var-gəl elədilər də. Amma nə “Çelsi” komandasına gözün üstündə qaşın var deyən oldu, nə də bu Mxitaryanın adı yazılan geyimdə paytaxt küçələrində gəzişənlərlə kiminsə işi olmadı. Bu da öz növbəsində təsdiq etdi ki, Azərbaycan nəinki təxribatçı tərəf deyil, heç təxribatlara sövq edilə də bilməz. Ölkəmizin paytaxtında keçirilən futbol qarşılaşmasının uğurla, sakitlik şəraitində başa çatması, Azərbaycana gələn xarici qonaqların belə məmnunluğu, sabitlik şəraitindən razılığı ermənilərin təxribat planlarını alt-üst etdi və təxribatçılar özləri faş oldular. Amma məsələ burasındadır ki, erməni təxribatçıları deyəsən bundan nəticə çıxarmadılar və təxribat planlarını hələ də gerçəkləşdirməyə çalışırlar.
Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda, “Qarabağ” Lüksemburqda “Düdelanj”ın qonağı olarkən, matçın 31-ci dəqiqəsində izləyicilər erməni təxribatının şahidi olublar. Həmin matçda “Qarabağ”ın rəqib qapısına vurduğu ikinci qoldan sonra dron vasitəsilə stadiona qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağı gətirilib. Bir sözlə təxribatçılar növbəti təxribata əl atıblar və ajiotaj yaratmaq üçün cəhd ediblər. Doğrudur, Azərbaycan komandası və azarkeşlər buna kəskin etiraz ediblər. Matçda hətta fasilə də yaranıb. Lakin, erməni təxribatı bu dəfə də nəticəsiz və uğursuz olub. Beləki, Lüksemburqun İdman naziri üzrxahlığını çatdırdıqdan, “Qarabağ” komandasının üzvlərinə yaxınlaşaraq onlardan üzr istədikdən sonra görüş davam etdirilib və matç “Qarabağ”ın 1:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Düzdür, ermənilərin bu təxribatı oyunun gedişinə, nəticələrə, qələbəmizə zərrə qədər təsir edə bilməyib. Heç bir insident də yaşanmayıb. Lakin məsələ burasındadır ki, erməni təxribatçıları öz çirkin niyyətlərini idman yarışlarında da ortaya qoymaqdan çəkinmirlər. Bu hadisəyə müşhidəçi mövqe sərgiləmək də doğru deyil və əlaqədar qurumlar bununla bağlı ölçü götürməlidirlər. Təsadüfi deyil ki, AFFA rəhbərliyi Lüksemburqda keçirilən “Düdelanj” və “Qarabağ” qarşılamasında baş verən erməni təxribatına reaksiya verib. Milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayaraq narazılığını bildirib. Bu gün hətta Avropa futbol qurumuna rəsmi qaydada müraciət də olunacaq. Bu Azərbaycan tərəfinin etirazı, təxribata qarşı münasibətidi və belə də olmalıdır.
İş burasındadır ki, bu təxribata təkcə Azərbaycan tərəfi yox, elə bütün idman təşkilatları, beynəlxalq qurumlar, hətta dünya ictimaiyyəti də reaksiya verməli, ən azından kəskin şəkildə qınamalı və müvafiq cəza tədbirləri tətbiq edilməlidir. Güman edirik biz bunun ən yaxın zamanda şahidi olarıq. Əks halda nəinki biz, bütün dünya ictimaiyyəti, idmançılar da ermənilər tərəfindən daha hansı təxribatların təşkil ediləcəyinə hazırlıqlı olsunlar. Çünki, bu təxribat təkcə Azəbaycana və azərbaycanlılara qarşı deyil. Bu təxribat bütün izləyicilər, idman qurumları və bütövlükdə dünya ictimaiyyətinə qarşıdır. Çünki, azarkeşlər, izləyicilər arasında dünyanın hərhansı nöqtəsindən istənilən adam, istənilən bir ölkənin vətəndaşı da ola bilərdi və hətta dron vasitəsilə nəinki bayraq, insan həyatı, sağlamlığı üçün təhküləli başqa nə desən gətirilə bilərdi. Bilmək lazımdır ki, bu gün yarışın tən ortasında meydana dronla bayraq gətirən təxribatçılar gələn dəfə gözyaşardıcı, partlayıcı cihaz da gətirə bilər.
Hədəfin kimlər olduğu də bəllidir, kimlər tərəfindən hədəfləndiyi də. Yəni, qondarma “Dalıq Qarabağ” respublikasının bayrağının Azərbaycan tərəfindən gətiriləcəyi mümkünsüz olduğu kimi, kimsənin də ağlına batması absurddur. Təbii ki, bu bayrağı Qarabağa iddialı, onu qoparmaq arzusunda olanlar gətirə, yaxud gətizdirə bilər. Bu baxımdan kimlərin sorğulanacağı, mühakimə ediləcəyi bəllidir.
İndi Nikol Paşinyan bu təxribata görək hansı don geyindirməyə çalışacaq? Yenə də erməni hiyləgərliyi ilə məsum sifət alıb, bundan xəbər olmadığınımı deyəcək? Yoxsa, bunu da Azərbaycanın günahı kimi təqdim etməyə cəhd edəçək? Bəlkə hələ də “sivil erməni” obrazı yaratmağa çalışacaq? Soruşmazlar ki, ay inqlabçı, ay demokrat, ay yeni Ermənistan yaratdığını deyən populist, hanı bəs sənin dünyaya yalandan car çəkmək niyyətində olduğun yüksək dəyərlər?
Bu gün erməni təxribatının nədən qaynaqlandığı da, nə səbəbə olduğu da, niyə bu arada olduğu da hamıya bəllidir. Ermənistan bütün potensiallarını tükəndirib və ehtiyatda olan bütün gedişləri gedib deyə bir şey qalmayıb. Bu tükənmə faktının son günlərdə şahidlərindən biri də elə erməni xalqınin özü olub. İrəvan sammiti, orada erməni baş nazirə görüşə görə rədd cavabı verilməsi, ardınca Moskvaya dönən Rusiya prezidentinin dərhal bu ölkəyə rəsmi səfərə gedən Azərbaycan prezidentini qəbul etməsi, “Valday klubu”nda ölkə başçılarımızın görüşü ermənilərin bir çox həqiqətlərə, ölkəmizin nüfuzunun müqaisə olunmayacaq dərəcədə daha yüksək olmasına, Ermənistanın, şəxsən baş nazir Nikol Paşinyanın tükəndiyinə şahid olmaları üçün yetərlidir.
Bu qısqanclıq, bu paxıllıq xislətinə sadiq qalan erməni xislətinin təxribatlar törətməyə əl atacaqları da məntiqidir. Çünki, məğlubiyyətini tam şəkildə başa düşən, çarəsizliyini anlayan xəyanətkar bir toplumun təxribata əl atmaqdan başqa əlindən heç nə gələ bilməz. Daha dəqiq desək, erməni təxribatı məğlubiyyətin, gücsüzlüyün, çarəsizliyin təzahürüdür. Əlindən yalnız təxribat, təcavüz, terrorçuluq kimi bəd əməllər gələnlərə isə “dur” deməyin çoxdan vaxtı çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB