Zaqatalada Beynəlxalq Ahıllar Günü münasibətilə bayram tədbiri keçirilib

Zaqatalada Beynəlxalq Ahıllar Günü münasibətilə bayram tədbiri keçirilib


1 Oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatı rayonun Heydər Əliyev Mərkəzində geniş bayram tədbiri keçirib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Tədbirdə partiya fəalları, gənclər və ahıllar iştirak ediblər.
Tədbirdə çıxış edən Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bu tarixin beynəlxalq səviyyədə qeyd edilməsinin ahıllara diqqət və qayğının artırılması məqsədi daşıdığını bildirib:"Cəmiyyətdə əxlaqi dəyərlərin təbliğində böyüklərə hörmət, qayğı hissinin formalaşdırılması vacib məsələlərdəndir. Bu, cəmiyyəti yaşadan ən əsas prinsiplərdən biridir. Böyüklərə hörmət Azərbaycan xalqının adət-ənənəsidir. Bu ənənə mənəviyyatımızın ayrılmaz tərkib hissəsidir və çox qədim tarixi köklərə söykənir. Vurğulayıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb. Bu gün Prezident İlham Əliyev tərəfindən ahıllara diqqət və qayğı, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə müvafiq sənədlər imzalanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətinin mərkəzində sosial məsələlərin həlli və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dayanır.
Tədbirdə çıxış edən YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ahıl insanlara qayğısından danışıb. O bildirib ki, Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın Birinci Xanımının təşəbbüsü ilə ahıllar, müharibə veteranları ilə görüşlər keçirilir, onların sağlamlığı daim diqqətdə saxlanılır. Ahıllar günündə də bu insanlar üçün müxtəlif tədbirlər təşkil olunur".
Tədbir zamanı 25 nəfər ahıla bayram sovqatı paylanılıb. Sovqatların bir hissəsi tədbirdə iştirak edə bilməyən ahılların evlərində təqdim olunub. Ahılları ziyarət zamanı rayon təşkilatının əməkdaşları və gənclər birliyinin fəalları ahıl sakinlərin qayğıları ilə yaxından maraqlanmış, onların gündəlik ehtiyacalarını öyrənmişlər. Zaqatala rayonu ərazisində yaşayan ahıllar da, bu diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə