Paşinyanın Qarabağla bağlı təklifi Ermənistanın mövqeyini "təhlükə altında qoyur". SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu “Milli gündəm” pariyasının bəyanatında deyilir.
Məlumata görə, bəyanatda deyilir ki, Dağlıq Qarabağ üzərində son sülh təklifi edən Nikol Paşinyanın düsturu Ermənistanın davam edən danışıqlar prosesindəki mövqeyini təhlükə altında qoyur.
Qeyd olunur ki, sözügedən partiya baş nazirin BMT-dəki çıxışını şərh edərkən, bunun Ermənistnın qarşılaşacağı potensial təhlükələrə səbəb olacağı barədə xəbərdarlıq edib. Həmçinin qeyd edilib ki, bu təklif nəticədə Ermənistan üçün məğlubiyyət deməkdir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB