“BMT bu gün qəbul etdiyi qətnamələrin həyata keçirilməsinə çalışmır” RƏY - ÖZƏL
“BMT-nin növbəti sessiyasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında Qafqazda sabitliyin təmin olunmasında Dağlıq Qarabağ probleminin həll olunması üçün BMT-nin tədbir görülməsinin vacibliyindən danışıb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, təbii ki, bu, Azərbaycan torpaqlarının işğal altında qalmasından və soydaşlarımızın öz doğma torpaqlarından qaçqın düşməsindən qardaş Türkiyənin narahatçılığının ifadəsi idi: “Türkiyə BMT-də söz sahibi olan ölkədir. Məhz Rəcəb Tayyib Ərdoğanın belə sərt mövqe orta qoyması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni yanaşmanın ortaya qoyulacağını mümkün edir. BMT yaradılanda dünyadakı müəyyən qlobal problemlərin həllinə və xalqların birgə yaşayışını təmin edilməsinə xidmət etmək üçün yaradılmışdısa təəssüf ki, bu gün özünün qəbul etdiyi qətnamələrin həyata keçirilməsinə çalışmır və müəyyən məqsədlərə xidmət edir. BMT-də böyük ölkələr Türkiyə kimi ədalətli mövqeni ifadə etsələr təbii ki, BMT-də öz təsir imkanlarından istifadə edərək dünyada sülh və əmin-amanlığın təmin olunmasına xidmət edər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB