REAL partiyasında da tükürpədici ailə olayı! FOTOLAR

İlqar Məmmədovun “sağ əli” iki azyaşlı uşağı olan ailəli qadını yolundan azdırıb

AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının həyat yoldaşına və qız övladlarına qarşı törətdiyi şiddət olayının ardınca, daha bir tükürpədici olay ictimailəşib. Belə ki, bu dəfə İlqar Məmmədovun sədri olduğu REAL partiyasında təmsil olunan və sdərin “sağ əli” hesab edilən Mete Türksoy adlı funksioner ailə daığıdaraq, həmin ailədə xəyanətkarlığın törədilməsinə səbəb olub. AXCP-nin aşırı ultra - sağçılığından fərqli olaraq, özünü “liberal” adlandıran Mete Türksoy adlı şəxsin əməlləri, daha dəqiq desək, iki azyaşlı uşaq anasını yolundan azdıraraq ərindən ayırıb, özünküləşdirməsi faktı həqiqətən də sağlam düşüncəli ictimai rəyin hiddətinə səbəb olub.

“Bunun səbəbi isə onun əlindən telefonun düşməməsi, mütəmadi olaraq vatsap üzərindən kimlərləsə yazışması idi”

SİA-ya daxil olan məlumata görə, mütəmadi olaraq haqdan-hüquqdan danışan, “qadın hüquqları” bağıran REAL partiyasının funksioneri Mete Türksoydan Tovuz rayon sakini Aliyev Rahib Qasım oğlu şikayət edib və bildirib ki, özü ev təmiri ustası işləyən gündəlik qazandığı pulla ailəsini dolandırmağa çalışan bir insandır. 2011-ci ildə həmyerlisi olan Paşayeva Səbinə Şahmar qızı ilə ailə qurub və birgə nikahdan iki övladları dünyaya gəlib. “2011-ci ildən 2018-ci ilə qədər normal ailə münasibətlərimiz olub. 2018-ci ildən başlayaraq Səbinə ilə aramızda soyuqluq yaranmağa başladı. Bunun səbəbi isə onun əlindən telefonun düşməməsi, mütəmadi olaraq vatsap üzərindən kimlərləsə yazışması idi”, deyə qeyd edən Rahib həmçinin bildirib ki, bunun səbəbini soruşduqda, həyat yoldaşı rəfiqələri ilə yazışdığını deyirdi: “Tez-tez kitab təqdimatı adı ilə harasa gedirdi. Təbii ki, mən baş verən bu dəyişiklik qarşısında şok vəziyyətində idim. Buna qarşı çıxırdım, ailədə gərginlik yaşanırdı. Sonradan bildim ki, Səbinə mənim xəbərim olmadan “Facebook” sosial şəbəkəsində adına profil açıbmış”.

“2019-cu ilin iyul ayının 28-də axşam işdən evə gələrkən Səbinənin otaqlardan birində kiminləsə telefonla danışdığını gördüm. Qonşu otağa girib danışıqları dinləməyə başladım. Səbinə mənə xəyanət edərək sonradan kimliyi mənə məlum olan sevgilisi ilə danışırdı. Hər şey məlum idi. Otağa girib ona bir sillə vurdum”, deyən Rahib deyib ki, bütün bunlardan sonra daha dəhşətli hadisələr cərəyan edib.

“Telefonla danışdığı şəxs də Mete Türksoy adlı REAL partiyasının üzvü imiş”

Məhz bundan sonra bəlli olub ki, Səbinə özüsnü “liberal” adlandıran və ailə institutlarına, milli-mənəvi dəyərlərimizə qarşı çıxan çıxan müxalifətçilərə - REAL partiyasının aparıcı üzvlərindən birinə qoşulubmuş. “Telefonla danışdığı şəxs də Mete Türksoy adlı REAL partiyasının üzvü imiş. Sonradan bildim ki, Səbinə mən işdə olan zaman evdən çıxaraq Mete adlı şəxslərə görüşürmüş. Hətta bu zaman özü ilə azyaşlı uşağımızı da aparırmış”, kimi dəhşətli faktı da açıqlayan Rahib sonradan bildirib ki, Səbinə evin qapılarının açarını alandan sonra, qız övladını da götürərək müxalifətçi Mete Türksoyun yaşadığı evə gedib: “Mən də oğlumla qardaşımın evində qalmışam. Təqribən 1 həftə sonra, Səbinə qızımı öz dayısıgilin evinə ataraq çıxıb gedib. Səbinənin anası qızımı mənim yanıma gətirdi. Hazırda mən iki azyaşlı uşaqla birgə olduqca çətin şəraitli 1 otaqlı daxmada yaşayırıq. Övladlarıma baxıram, uşaqlardan biri hazırda 1-ci sinifə gedir. Məktəbə aparıram, işləyirəm, işdən gəlib yeməklərini bişirirəm. Səbinənin anası da qızının bu xəyanətindən şokdadır. Dəfələrlə əlaqə yaratmağa çalışsa da, Səbinə artıq 3 aya yaxındır ki, Mete Türksoy adlı müxalifətçi ilə qeyri-qanuni bir şəkildə yaşamağı üstün tutur. “Facebook”dakı profilində də dəyişiklik edərək, soyadını Türksoy yazıb. Bu azmış kimi Mete Türksoy da məni təhdid edir. Əməkçi bir insan olmağımdan istifadə edərək, mütəmadi olaraq mənə mesaj göndərib hədə qorxu gəlir. Arxasında kimlərinsə durduğunu bildirir. Bu haqda prokurorluğa, polisə və digər dövlət oraqanlarına müraciət də etmişəm. Ailəmi dağıdan müxalifətçi Mete Türksoyun cəzalandırılmasını istəyirəm”.

Mənə mesaj yazır ki, mən öz həyatımı yaşayıram...Uşaqlar mənim həyatıma mane olur”

Rahib onu da qeyd edib ki, hazırda boşanmaq üçün Tovuz məhkəməsinə müraciət olunub. O, bütün əlaqədar qurumlardan xahiş edir ki, övladlarını atıb gedərək qeyri-qanuni bir həyat yaşayan "ana"ya bu imkan verilməsin. “Mən uşaqlarımın gələcəyindən qorxuram. Qorxuram ki, uşaqlar da Səbinənin təsirə düşdüyü qrupun təsirinə düşüb, axırları pis olsun. Ən çox da qız övladımın onlara verilməsini istəmirəm. Bu 3 ayda Səbinə uşaqları ilə bir dəfə də maraqlanmayıb. Mənə mesaj yazır ki, mən öz həyatımı yaşayıram. Uşaqları istədiyim vaxt əlindən alacam. Hazırda gəncəm, həyatımı yaşayıram. Uşaqlar mənim həyatıma mane olur”, deyə REAL partiyasının üzvü ilə ailəsinə xəyanət edən Səbinə haqqında bildirib.

“Mən övladlarımın belə mühitdə böyüməsini və gələcəkdə həmin qrupların təsirində olmasını istəmirəm”

“Belə bir "ana"ya uşaq vermək olarmı? Bütün dəlillər əlimdədir, hamısını məhkəmədə təqdim edəcəm. Səbinənin analıqdan məhrum edilməsini tələb edəcəm. Mən bütün ictimaiyətdən, dövlət oraqlarından və mediadan kömək istəyirəm. Övladlarımı fəhləliklə böyütməyə hazıram. Yetər ki, övladlarım adını müxalifət qoymuş, pozğunluğu siyasətə çevirmiş, ailələrin dağıdılmasını hədəfləyən qrupun təsirində böyüməsin. Mete Türksoy və onun kimi "liberal" müxalifətçilərin əsas fəaliyyətləri "qadın hüquqları" adı altında ailələri dağıtmaq, pozğun bir nəsil yetişdirməkdir. Mən övladlarımın belə mühitdə böyüməsini və gələcəkdə həmin qrupların təsirində olmasını istəmirəm. Mənə kömək edin, heç olmasa uşaqlarımı qoruyum” - Alıyev Rahib belə deyir.

Beləliklə, bir daha sübut olunur ki, heç bir dövlət, millət, xalq dəyərləri bilməyən, bu dəyərlərdən yalnız öz çirkin maraqları üçün sui-istifadə edən, adlarını “demokratiya uğrunda mübarizə aparan müxalifətçilər” qoyan bu bədnam toplum əslində cəmiyyət üçün, xalq üçün, əsasən də dövlətimiz üçün çox təhlükəlidirlər. Belə təhlükələrin qarşısını isə vaxtında və zamanında almaq gərəkdir, mütləq gərəkdir!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə