"Dövlət siyasətinin əsas hədəfi insanların firavan yaşamasıdır" RƏY-ÖZƏL

"Dövlət siyasətinin əsas hədəfi insanların firavan yaşamasıdır" RƏY-ÖZƏL

“Azərbaycanın dövlət siyasətinin əsas hədəfi insanların yüksək rifahının təmin olunması və firavan yaşamasıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

O bildirib ki, bu gün Azərbaycan dövləti qarşısına qoyduğu məqsədlərə nail olmaqla ölkənin sosial-iqtisadi inkişafının davamlılığını, regionlarda abadlıq quruculuq işlərinin aparılmasına şərait yaranıb.

2004-cü ildən etibarən ölkəmizdə Regionların sosial-iqtisadi inkişaf proqramlarının uğurla icra edildiyini deyən deputat söyləyib ki, həyata keçirilən uğurlu islahatlar nəticəsində regionlar xeyli inkişaf edib, səhər və kəndlərimiz abadlaşıb, müasirləşib, insanların rahatlığı üçün hər cür şərait yaradılıb”.

E. Səlimov qeyd edib ki, son 16 ildə 2 milyondan çox yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların və digər müavinətlərin bir neçə dəfə artması vətəndaşlarımızın sosial rifah halının daha da yaxşılaşmasına xidmət edib: “Prezidentimiz hər bir vətəndaşının yanındadır. Ölkə başçısı tərəfindən verilən qərarlar insanların firavanlığını təmin edir. İnsanları narahat edən problemləri aradan qaldırmaq üçün ardıcıl iş aparılır. Bir sözlə ölkəmiz müasirləşir, yeniləşir, demokratik təsisatlar inkişaf etdirilir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə