“Arvad işinə” qarışmağı sevmirəm...”
AXCP sədri Əli Kərimlinin istefa vermiş müavini Fuad Qəhrəmanlının ailəsində övladlarına və həyat yoldaşına qarşı hərbə-zorbalıq nümayiş etdirməsi məsələsi bu gün də gündəmdə qalmaqda davam edir. SİA xəbər verir ki, istər Qəhrəmanlının sabiq həyat yoldaşı Zümrüd Yağmurun, istərsə də övladlarının onun barəsində bütün saidistlik məqamlarını ictimailəşdirmələri artıq Ə.Kərimli cəbhəsinin iç üzünü kifayət qədər ifşa edir. Lakin cəbhəçilərin sədri əlində olan bütün imkanlardan istifadə edib, bu məsələni ikinci plana keçirmək səyləri də nəticəsiz qalmaqdadır. Çünki onun istefasını artıq müxalifət düşərgəsinin bir çox cinahlarından tələb edirlər.
Əli Kərimlinin dedi-qoducu, ətəyini başına çəkən obrazı
Ə.Kərimlinin siyasi həyasızlıq nümayiş etdirib, hələ də F.Qəhrəmanlı olayına dəstək göstərməsi cəhdlərinə səbəb, ikincinin övladının onu “qonşu arvad” kimi tərənnüm etməsidir. Daha doğrusu, dedi-qoducu, ətəyini başına çəkən obrazı kimi göstərilən Ə.Kərimli bütün bunları mitinq keçirmək iddiası ilə əvəzləməyə çalışır. Amma alınmır. Misal üçün, Rəsul Quliyevin, həmçinin başqalarının “istefa ver get!” tələbləri onu daha da quduzlaşdırır, qıcıqlandırır, hövsələdən çıxarır.
Onu da qeyd edək ki, nə qədər maraqlı görünsə də, AXCP sədri onun istefasını tələb edənləri deyil, bir dəfə sərt ittiham edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu hədəfə alıb. Məsələ isə bu cür baş verib.
“Bu adamın missiyasını Selcan Yağmur çox dəqiq ifadə edib - Qonşu arvad"
Daha dəqiqi R.Arifoğlu deyib ki, Ə.Kərimli ona qarşı cavab statusu yazıb və s. SİTAT: “Linki dostlar yolladı, Əli Kərimlinin çıxışının o hissəsinə baxdım. Gördüm ki, o, məsələnin mahiyyətini dəyişmək, böyütmək istəyir. Gerçək durum ona sərf eləmir. Fuadın öz arvad-uşağını döyməsinin suçunu Mir Şahində, Emin Millidə görür. Sonra da mənə dil atdı. Nə deyim, heç bilmirəm... Bu adamın missiyasını Selcan Yağmur çox dəqiq ifadə edib: ”Qonşu arvad"!!! Mən isə “arvad işinə” qarışmağı sevmirəm...”
Beləliklə, R.Arifoğlu əslində Ə.Kərimlinin haqq elədiyi cavabı alıb və görünür AXCP sədri həqiqətən də, dırdırçı, vırvırçı qonşu arvad obrazının öhdəsindən layiqincə gəlməkdədir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB