Amulsar məsələsi Ermənistanda xaos üçün ciddi səbəbdir

Amulsar məsələsi Ermənistanda xaos üçün ciddi səbəbdir

Amulsar mədəninin istismarına qarşı mübarizənin bu ölkənin tealeyində ciddi dəyişikliklərə səbəb olacağı barədə söhbətlər gedir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Past" qəzeti yazır.

Qəzet öz mənbələrinə istinadən yazır ki, Amulsar məsələsini əldən verdiklərini anlayan hakimiyyət, bu mövzunu "tezləşdirmək" və ictimaiyyətin diqqətini yayındırmaq üçün mümkün variantların təşviqinə başlayıb.
Hakimiyyət başa düşüb ki, bir sıra “qalmaqallı həbslər” artıq işə yaramır və buna görə də cəmiyyət üçün yeni “şoular” təşkil etməyə çalışır. Ancaq məsələ burasındadır ki, ekoloqlar və Jermuk sakinləri olduqca qətiyyətlidirlər və geri çəkilmək niyyətində deyillər. Bundan əlavə, Amulsar mədəninin istismarına qarşı mübarizənin bu ölkənin tealeyində ciddi dəyişikliklərə səbəb olacağı barədə söhbətlər də gedir. Bir sözlə, Amulsar məsələsi Ermənistanda xaos üçün ciddi səbəbdir.

Yaxın günlərdə bir sıra tanınmış şəxslərin, o cümlədən şou-biznes nümayəndələrinin belə iştirak edəcəyi kütləvi aksiyalar gözlənilir. Qəzetin Ermənistan hökümətində təmsil olunan mənbəyinə görə, Paşinyan bu barədə məlumatlandırılıb və bütün mümkün risklər, o cümlədən siyasi risklər barədə o xəbərdar edilib. Təsadüfi deyil ki, yürüş ərəfəsində keçirilən mitinqdə Paşinyanın istefası tələbləri də olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə