Konstitusiya normalarına riayət etmək üçün məhkəmə, Köçəryanın üzərindən həbs qərarını götürməli, həbsini ləğv etməlidir. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, “Bir Ermənistan” partiyasının lideri Artur Kazinyanın fikrinə görə, Konstitusiya Məhkəməsinin cinayət təqibini istisna edən halları elan etməsi əasında, birinci instansiya məhkəməsi keçmiş prezident Robert Köçəryanın həbsini ləğv etməlidir.
Partiya lideri bununla açıq-aşkar bəyan və etraf edir ki, konstitusiya normaları Ermənistanda kobud şəkildə pozulur. Hətta o gizlətmir ki, müxtəlif məhkəmə instansiyaları bir-birini təkzib edir və konstitusiya normalarına məhəl qoymurlar. Siyasətdə fəal iştirak edən bir politoloq, hüquqşünas kimi Artur Kazinyan, Ermənistan Respublikasını "qanunun aliliyi ilə idarə olunan bir ölkə" olmağa çağırır. O, konstitusiya müddəasına istinad edərək qeyd edir ki, problemin siyasi tərəfindən əlavə onun hüquqi tərəfi də var. Politoloq bərabərlik prinsipinin tətbiq olunmasının vacibliyini də diqqətə çatdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB