Sevinc Seyidova: “Əli Kərimli digər müxalif partiyalarla əməkdaşlıq körpülərini çoxdan yandırıb” RƏY-ÖZƏL

Sevinc Seyidova: “Əli Kərimli digər müxalif partiyalarla əməkdaşlıq körpülərini çoxdan yandırıb” RƏY-ÖZƏL

“Bu gün Azərbaycan cəmiyyətində mitinq çağırışları üçün heç bir əsas yoxdur”. Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib. Onun sözlərinə görə, vətəndaşları narahat edən problemlər ardıcıl şəkildə Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə həll edilir: “Son bir ildə iki inqilabi mahiyyət daşıyan sosial islahatlar paketi reallaşdırıldı. Milyonlarla vətəndaşımız sosial rifah halının yaxşılaşdırılmasını nəzərdə tutan bu islahatlardan bəhrələndi. Belə bir durumda Milli Şura və AXCP sədri Əli Kərimlinin mitinqlər keçirtmək istəyi sadəcə həmin qüvvələrin xaricdən aldıqları sifarişləri yerinə yetirmək üçün cəhdinən başqa bir şey deyil. Son illərdə biz bu cür çağırışları tez-tez eşidirik. Lakin mitinqlərə icazə verildikdə belə oraya çox az sayda insanın qatıldığının şahidi oluruq. İstər Milli Şura, istərsə də AXCP-nin bu çağırışları sadəcə xaricdəki sponsorlarına özlərini təsdiq mahiyyəti daşıyır. Digər müxalifət partiyalarının bu mitinq çağırışlarına qoşulması üçün atılan addımlar da heç bir effekt verməyəcək. Çünki Əli Kərimli və “Milli Şura” müxalifətdəki digər partiyalarla əməkdaşlıq körpülərini çoxdan yandırıb. Azərbaycan cəmiyyəti də artıq adlarını çəkdiyimiz qüvvələri siyasi çəkiyə malik qüvvə kimi qəbul etmir, onları inkar edirlər. Cəmiyyətimiz on illər boyunca sadəcə pafos naminə səsləndirilən eyni tezisləri, şüarları eşitməkdən yorulub”.
GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə