Əli Kərimlinin zombiləşmiş sosial şəbəkə "fəlsəfəsi"
Keçmişi unutmaq, əlbəttə ki, hər bir xalqın gələcəyinin təhlükə altına düşməsi deməkdir. Bu gün xalqın nifrət və qəzəbini qazanmş AXCP sədri Əli Kərimli, keçmiş başqan İsa Qəmbər, "Milli Şura"nın sədri Cəmil Həsənli və bu kimi satqın fərdlərin utanmadan həyasızcasına insanları mitinqə çağırışları siyasi əxlaqsız və riyakarlıqdan başqa bir şey deyil. Çünki bu əxlaqsız və satqınlar xarici qərəzli dairələrin siyasi sifarişlərini yerinə yetirməklə, ayrılan qrantları heç kəslə paylaşmaq niyyətində deyillər. Ancaq bu xəyanətkarlar anlamırlar ki, xalq onların əməllərini unutmayıb və 2003-cü ildən tarixin arxivinə atıb. Bu reallığı heç vaxt da anlamayacaq, erməni kifi verən bu satqınlar. Sosial şəbəkədə zombiləşmiş bu erməni qulbeçələrinin həyat fəlsəfəsi unutqanlıq, satqınlıq və xəyanət olub.
Zombiləşmiş sosial şəbəkə quldurları
Bu gün Ə.Kərimli kimi təxribatçının ictimai rəyə demokratik düşərgənin "əsas güc mərkəzi" olmaqla, həm də "lideri" hesab edərək, hər cür yalan danışmaqdan, iftira atmaqdan çəkinməməsi ifrat doğurur. O zaman bu həyasız satqın Ə.Kərimliyə demək istəyirəm ki, tarix heç vaxt dəyişmir və unudulmur. Ən yaxın tariximizə nəzər saldığımız zaman ictimai-siyasi fəaliyyətə komsomolçu kimi başlayan Kərimov Əli Əmirhüseyn oğlunun gerçək siması ortaya çıxar. Bu ləkəli keçmişi təmizləmək və yaddaşdan silmək mümkünsüzdür. Bu gün xalq bu zombiləşmiş sosial şəbəkə quldurları olan Ə.Kərimli, İ.Qəmbər, L.Yunus, X.İsmayıl, G.Hacıbəyli və... kimi xəyanətkarların dəfələrlə Azərbaycanın maraqlarına zidd olan sövdələşmələrə getdiyini, Dağlıq Qarabağı şəxsi ambisiyaları naminə satdıqlarını, ermənilərlə gizli sazişlər bağladıqlarını və s. çox görüb və bu gün də bu riyakarların Azərbaycanın maraqlarına zərbə vurmaları heç də yeni hal deyil.
Xüsusilə, Ə.Kərimlinin cəbhə xəttində baş verən erməni təxribatından sonra xarici qərəzli dairələrin, ələlxüsus, ermənilərin məqsədlərinə xidmət edən mətbuat orqanlarına müsahibələr verməsi, yalanlar uydurması bir daha onun satqınlığını təsdiqləyir və bu, heç də təəccüb doğurmur. Çünki xəmiri satqınlıq mayası ilə yoğrulan Ə.Kərimli və İ.Qəmbər Azərbaycan hakimiyyətini pis idarəçilikdə ittiham edərək, özlərinin hakimiyyətdə olduqları zaman mövcud olmuş siyasi və sosial-iqtisadi şəraiti, deyəsən, unudublar, ya da unutdurmağa çalışırlar.
AXC-Müsavat hakimiyyəti dövründə dövlət katibi vəzifəsini tutmuş Ə.Kərimli öz dililə satqınlığı və riyakarlığı təsdiqləyərək bildirib ki, "iqtisadi sahədə cinayətkarlıq, elə bir vüsət alıb ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, həmin vəsaitin xaricdə saxlanması və bir sözlə, dövlət əmlakının talan edilməsi adi hala çevrilib. Biz bunu etiraf etməliyik. Ona görə də, bilavasitə bu dövlət əmlakının dağılmasında məsul şəxslər kimi özümüzü mənən iştirakçı saymalıyıq".
Göründüyü kimi, dünyaya gəldiyi gündən (kaş dünyaya gəldiyi günə daş yağaydı- R.H.) satqınlıq xisləti özünü göstərib. Satqınlığı, rüşvəti və cinayətkarlığı dövlət siyasətinə çevirmiş Ə.Kərimli bu gün mediada populist çıxışlar etməklə, nəinki keçmişdə baş verənləri unutdurmağa çalışır, hətta yuxarıdakı faktlara görə, özünə bəraət qazandırmağı da unutmur.
Ruhların intiqamı daha qorxulu olur
Bu xəyanətlərin arasında AXCP daxilində baş verənlər, xüsusilə, diqqət çəkəndir. Ə.Kərimli, hər dəfə deyir ki, Elçibəyin ruhu sən demə, hələ də AXCP-nin qərargahında fırlanır. Fikirləşirsən ki, görəsən, o, qorxmur ki, bir gün bu ruh onun boğazından yapışıb, haqq-hesab istəyəcək. Axı, ruhların intiqamı daha qorxulu olur.
Görünür, Ə.Kərimli hələ də bunu anlamır. Elə buna görə də, anlamaz baş sahibi olan Ə.Kərimli özünü Əbülfəz Elçibəyin ruhu qarşısında "ən təmiz siyasətçi" elan edir. Belə ki, Kərimlinin "liderim" dediyi şəxsə qarşı zamanında atdığı addımlarını yada salan insanlar, əslində, Elçibəyin ölümünə səbəb olan birinin bu qədər həyasızlıq nümayiş etdirməsi ilə barışmadıqlarını bildirirlər. Misal üçün, KXCP sədri Mirmahmud Mirəlioğlu Elçibəyin doğum günü ilə bağlı Ə.Kərimlinin sosial şəbəkədə yazdığı statusuna etiraz edib və AXCP sədrini xəyanətdə suçlayıb.
AXCP-nin fəallarından olmuş Rəfail Becanov mətbuata açıqlamasında deyib ki, Ə.Kərimli bu iddiası ilə özünü daha çox ifşa etmiş olub. "Elçibəy AXCP lideri olduğu zaman Ə.Kərimlinin etdikləri ancaq bəyin əleyhinə yönəlmişdi" deyə qeyd edən R.Becanov xatırladıb ki, qruplaşma, tərəfdar toplama, yalandan şantaj etdirmək və s. bu kimi məsələləri yaradan, məhz Kərimli olub: "Həmin dövrdə Ə.Kərimlinin jurnalistlərdən ibarət şəbəkəsi var idi. Vaxtilə "Məkan" qəzetində Elçibəy haqda təhqiramiz yazılar dərc edilirdi. "Azadlıq" qəzetində Elçibəyin vəfat etdiyi gündə onun əleyhinə məqalələr çap olunmuşdu. Bu məqalələri yayımlamaqda Ə.Kərimlinin məqsədi nə idi? Ə. Kərimli həmin dövrdə müxtəlif dairələrdən aldığı sifarişləri yerinə yetirirdi".
Əlbəttə ki, Azərbaycan dövlətindən və xalqından milyonlar oğurlayan və qaçaraq hazırda xarici ölkələrdə siyasi "qucaq" alan və adını "siyasi mühacir" qoyanları təlimatlandıran Ə.Kərimli indi də ölkəmizdəki uğurlu sosial islahatlardan qaşınmaya düşərək, mitinq çağırışları etməklə, Azərbaycan dövlətinə zərbə vuracaqlarını düşünür, ancaq anlamır ki, külək dağa heç nə edə bilməz. Azərbaycan dövlətindən, xalqından oğurladıqları pullar qurtaracaq və o zaman oturduqları "siyasi qucaqlar" onlardan imtina edəcək".
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB