Çözülməyən birgə mitinq mövzusu

Çözülməyən birgə mitinq mövzusu

Səbəb eyni bəhanə, eyni böhtan və eyni böhtançılar...

Söhbət müxalifətin yanvarın 19-da keçirtdikləri mitinqin davamı olaraq, artıq 6 aydan çoxdur ki, hər cür vasitə ilə mitinqə çağırışlar etməkdədirlər. Nə gecə dedilər, nə gündüz, sanki ölkə "batır", əhali "boğulur", "onların tək xilası mitinqə gəlməkdir" deyə, hay-şüvən saldılar. Hələ, üstəlik, Avropada "siyasi mühacir" adı altında yaşayanlara da, çağırış etdilər ki, bütün müxalifət cəbhəsinin təmsilçiləri, "birləşin", "çəkici bir zindana döyün" də dedilər.

Bəli, "siyasi mühacir"lərin əxlaqsız çağırışları da oldu. Bir də bu zəhərli parazitlərdən hansı əxlaqı gözləmək olar? Bu, o əxlaqsız "siyasi mühacirlər"dir ki, aldıqları qrantlara görə, bütün mənəviyyatlarını sataraq, anti-Azərbaycan kampaniyalar təşkil edirlər. Faktlar da bunu təsdiqləyir. Azərbaycanda beynəlxalq əhəmiyyətli tədbirlər, tarixi və önəmli günlər ərəfəsi xarici ölkələrdə Azərbaycan əleyhinə təbliğata start verilir və mitinqlər keçirmək iddiasına düşürlər. Ölkəmizdə keçirilən uğurlu sosial islahatlardan qaşınmaya düşən AXCP- "Milli Şura" və Müsavatın mitinq keçirmək istəyi əvvəlki kimi yenə də ürəklərində qalacaq. Düşmən dəyirmanına su tökməyi özlərinə şərəfsizlik bilən dağıdıcı müxalifət satqınları - Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı, C.Həsənli, R.İboahimbəyov, G.Hacıbəyli, Leyla Yunus, Xədicə İsmayıl ... və həmişə olduğu kimi, bu gün də 5-10 avro müqabilində erməni puluna satın alınmışlar beynəlxalq aləmdə Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışırlar.

"Siyasi mühacirlər" - dağıdıcı müxalifətin törəmələri qırğına çıxdı

Və bu gün dağıdıcı müxalifətin törəmələri olan və xarici ölkələrdə Azərbaycan əleyhinə "sapı özümüzdən olan baltalar" ermənipərəst dairələrin qrantları hesabına Azərbaycana qarşı Vətən xainləri - H.Müntəzir, A.Qeybulla, Orduxan Teymurxan, M.Mirzəli, T.Sadıqlı, A.Məmmədov, Q.Zahid, N.Güləhmədoğlu, F.Hüseynov, Ataxan Əbilov, Arif, Leyla və Ramiz Yunus kimi antimilli şərəfsizlər bu gün çirkin əməllərinə görə qrantlarla təmin olunur və bu qrantlar isə onları üz-üzə qoyaraq qırğına çıxırır. Hətta xaricdən alınan qrantların bölüşdürərkən, bir-birilərini saxtakarlıqda günahlandırmaqla, söyüşün biri bir qara qəpiyə dəyən küfürlər edirlər.

Tural Abbaslı: "Sadəcə, varlıqlarını qorumağa çalışırlar"

"Ağ Partiya" lideri Tural Abbaslı bugunkü müxalifətin, sadəcə, adı olduğunu bildirib: "Ancaq bilinmir ki, müxalifət nə işi ilə fərqlənir. 90-cı illərin əvvəli bu müxalifət müstəqillik şüarları ilə mübarizəyə başlamışdı, sonra iqtidara da gəldi. Amma bəlli hadisələrdən sonra müxalifətə keçməli oldular və müxalif mövqedə hər seçkidən-seçkiyə, hər mərhələdə çoxlu səhvlərə yol verdilər. 2005-ci ildən müxalifətdaxili mübarizə start götürdü, kim əsas liderdir, kimin aksiyada adamı çox oldu.

Təbii ki, hakimiyyətin sərt, düzgün siyasəti də onların zəifləməsinə ciddi təsir elədi. 2005-ci ildən isə, müxalifətdaxili mübarizə start götürdü. "Kim əsas liderdir", "kimin aksiyada adamı çox oldu" və s. mübahisələr başladı".

Partiya başqanı hesab edir ki, bu müxalif qüvvələr xalq içində etimadını itirib və yeni siyasətçilər meydana çıxara bilməyiblər: "Sadəcə, varlıqlarını qorumağa çalışırlar. "Ağ Partiya" isə iqtidara gəlməyi, hakimiyyətdə olarkən, Qarabağ problemini həll etməyi, ölkənin sosial-iqtisadi problemlərini yoluna qoymağı, demokratik mühit yaratmağı hədəfləyib. Bunun üçün, ilk növbədə, xalqın rəğbətini qazanmaq lazımdır".

Qulamhüseyn Əlibəyli: "Siyasi partiyaların əsas hədəfi iqtidara gəlmək olmalıdır"

"Aydınlar" Partiyasının sədri Qulamhüseyn Əlibəylinin bildirdiyinə görə, siyasi partiyaların əsas hədəfi iqtidara gəlmək olmalıdır. Onun sözlərinə görə, əksər partiyalar seçkiqabağı bunun üçün, ilk növbədə, seçki mühitinin demokratikləşməsi uğrunda mübarizəyə başlayır: "Lakin müxalifətin seçki praktikasında irəliləyiş də yoxdur. Amma bu gün sosial dəyişikliklərdə müxalifətin mübarizəsinin payı var. İqtidar özü də dəyişikliklər arzulayır. Sadəcə, müxalifətin hazırda mübarizəsi insan haqları üzərində daha çox fokuslanıb, nəinki hakimiyyətə gəlmək".

Xəzər Teyyublu: "Bu gün müxalifətdə çulğalaşma və birləşmə meyilləri görünmür"

KXCP idarə heyətinin üzvü Xəzər Teyyublu hesab edir ki, siyasi partiya formalaşanda onun hədəfləri olur: "Hazırkı real müxalifətin məqsədi seçki ilə iqtidara gəlməkdir. Hay-həşirlə hakimiyyətə gəlmək olmaz, əsas məsələ xalqa xidmət mandatını qazanmaq olmalıdır. Amma bu gün müxalifətdə çulğalaşma və birləşmə meyilləri görünmür".

Natiq Miri: "Əli Kərimli cəbhəçilərin və xalqın gözünü "mazol" edib"

Siyasi analitik Natiq Miri ötən əsrin 90-cı illərin müxalifətini bugünkü müxalifətdən hədəflərdə yox, fəaliyyət formasında fərqləndirir. Əli Kərimli cəbhəçilərin və xalqın gözünü "mazol" edib". Çünki müxalifətdə mübarizə daxildə gedir, daha çox birincilik uğrunda rəqabət aparılır, partiyaların daxili idarəetməsində demokratiya problemləri mövcuddur. AXCP və Müsavatın hər hansı fəaliyyət proqramı yoxdur, rayon təşkilatları da fəaliyyətsizdirlər. Çünki fəaliyyət imkanları məhdudlaşıb. Eyni zamanda, 90-cı illərin siyasi təfəkkürü dəyişməyib. Bəllidir ki, Ə.Kərimli əvvəllər də dağıdıcı fiqur olub, indi də eyni missiyanı davam etdirir. Bu amillər dəyişmədikcə, müxalif təşkilatlar yenilənməyəcək".

Göründüyü kimi, "liderlik", "mənəm-mənəmlik" uğrunda savaş qızışdıqca Azərbaycan əleyhdarlarının çirkli pulları ilə bəslənən və onların dirijor çubuğu ilə idarə olunan bu xəyanətkarların özləri boyda zibilləri, getdikcə daha çox üzə çıxacaq. Və bu gün hansı formadasa mitinq keçirmək istəkləri isə, yenə də iflasa uğrayacaq. Sonda bu satqın xəyanətkarlara böyük dramaturq Mirzə İbrahimovun "Böyük dayaq" filmində deyilən sözü demək kifayətddir: "Sizlər nə zəhərli ilanmışsınız, əəə?!".

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə