Lənkəran Azərbaycanda əhalinin ən sıx yaşadığı rayondur

Lənkəran Azərbaycanda əhalinin ən sıx yaşadığı rayondur

Ötən il Lənkəran rayonun əhalisi 1,2 faiz artıb. Bu barədə SİA-nın cənub bürosuna məlumatı Lənkəran Statistika İdarəsinin müdiri Vaqif Mustafayev verib. Onun sözlərinə görə, 2010-cu ildə rayonda 4069 uşaq dünyaya gəlib. Həmin dövrdə 1345 nəfər dünyasını dəyişib. 201 nəfər isə Lənkərana yaşamağa gəlib.

Beləliklə, hesabat dövründə əhalinin sayı 2523 nəfər artaraq 210 min 138 nəfər təşkil edib. Bunun da 51 min 100 nəfəri şəhərdə yaşayıb. Əhalinin 50,3 faizi qadınlar, 49,7 faizi kişilərdir.

Qeyd edək ki, Lənkəran rayonu Azərbaycanın əhalinin ən sıx yaşadığı kənd rayonu olmaqda davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə