"Jane’s Intelligence": “Bu gün prosesin irəli hərəkət etməsindən çox, bunu necə dayandırmağı fikirləşmək lazımdır”
Amerika Təqdiqatlar Mərkəzi "Jane’s Intelligence öz hesabatında Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə aydınlıq gətirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hesabatda qeyd edilir ki, bu gün prosesin irəli hərəkət etməsindən çox, bunu necə dayandırmağı fikirləşmək lazımdır.
"Diplomatik səylərə baxmayaraq, münaqişə günü-gündən böyüdülür. Azərbaycan 17 illik status-kvonu neft və qazdan əldə olunan gəlirlər hesabına dəyişdirməyə çalışır. 2011-ci ildə Bakı hərbi hissəyə ayrılan xərcləri 3,1 milyard dollara çatdırmaq istəyir ki, bu da Ermənistanın anoloji xərclərindən 6 dəfə çoxdur. Azərbaycanın son illərdə sursat əldə etmək üçün xərcləri 1 milyard dolları aşıb"- deyə hesabatda bildirilir.
Azərbaycanın maddi və mənəvi gücdə üstünlüyünü qeyd edən "Jane`s Intelligence" eyni zamanda bunun keyfiyyət üstünlüyündə konversiya edilməsinə şübhə edir: Qarabağın yerləşməsi əleyhinə Ermənistan və Rusiyanın hərbi ittifaqı və daxili siyasi vəziyyəti oynayır: "Bütün bunlar Qarabağda hərbi əməliyyatların yenidən başlanması ehtimalını istisna etmir, lakin tərəflərin məhdud imkanları və beynəlxalq ictimaiyyətin rolu hadisələrin bu istiqamətdə inkişafını məhdudlaşdırır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB