"Ermənistan qəsdən vəziyyəti gərginləşdirir" AÇIQLAMA-ÖZƏL

"Ermənistan qəsdən vəziyyəti gərginləşdirir" AÇIQLAMA-ÖZƏL

“Ermənistan bütün mümkün vasitələrlə danışıqlar prosesini pozur, münaqişənin həlindən yayınır və işğalı, etnik təmizləmənin nəticələrini davam etdirmək, status-kvonu saxlamaq üçün vaxt qazanmağa çalışır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, Ermənistanın hakimiyyət nümayəndələrinin Dağlıq Qarabağ problemi ilə bağlı son bəyanatları bu ölkənin əsl mahiyyətini ifadə edir.

Onun sözlərinə görə, Ermənistan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi altında ciddi danışıqlar aparmaq əvəzinə Azərbaycanın səbrindən və münaqişənin dinc yolla həlli ilə bağlı üzərinə götürdüyü öhdəliyindən sui-istifadə edir.

Deputat söyləyib ki, N.Paşinyanın son bəyanatı Azərbaycanın ərazi bütövlüyünə qarşı rəsmi olaraq iddianın irəli sürülməsi və aşıq-aşkar müharibəyə təhrikdir: “Ermənistan bu təxribatçı və destruktiv açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur və ölkədaxili problemlərdən yayınmaq üçün qəsdən vəziyyəti gərginləşdirir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə