"Azərbaycanın ekologiyasını qorumalıyıq” MÜNASİBƏT

"Azərbaycanın ekologiyasını qorumalıyıq” MÜNASİBƏT

“Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında keçirilən kütləvi təmizlik aksiyası Yeni Azərbaycan Partiyasının növbəti çox mütərəqqi addımlarından biridir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Hadı Rəcəbli deyib.

“Gəlin görək, bu tandemin baş məqsədi nədir? Bu tandem cəmiyyətə bir mesaj göndərmək, cəmiyyəti ekologiyanın qorunmasına cəlb etməkdir. Təbii ki, burada gənclərimizin fəallığı daha üstün görünür. Biz də onların yanındaydıq. Bu gün 10-15 hektar ərazidə təmizlənmə işləri aparıldı. Biz təmizlənmə məqamında polietilen qabların, salafanların yerə atıldığının şahidi olduq. Bilirik ki, onların heç biri ərimir və çürümür. Əgər biz onları təmizləməsək, illərlə o bütün torpağı məhv edə bilər. Təbii ki, bu hərəkət, addım bütün Azərbaycan cəmiyyətinə bir mesajdır və ölkə gənclərinə bir xəbərdarlıqdır ki, bu tədbirləri vaxtaşırı keçirək. Ən önəmli məqam isə odur ki, bu aksiyalar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, mütəxəssislər və işi bilən adamlarla birgə həyata keçirilir. Düşünürəm ki, gələcəkdə bu tədbirin forması dəyişə də bilər. Əsas məqsəd odur ki, Azərbaycanın ekologiyasını qoruyaq”-deyə, H.Rəcəbli fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə